Modern.az

“Almaniya istənilən NATO ölkəsinə qarşı hücumlara sərt cavab verəcək”

“Almaniya istənilən NATO ölkəsinə qarşı hücumlara sərt cavab verəcək”

Dünya

14 Oktyabr 2016, 00:28

“Almaniya istənilən NATO ölkəsinə qarşı hücumlara sərt cavab verəcək”. Modern.az saytı xəbər verir ki, APA-nın  Rusiya mətbuatına istinadən məlumatına görə, bu fikirləri Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib.

 

O, AŞPA-nın iclası zamanı İngiltərə nümayəndə heyətinin üzvü Mark Pritçardın alyansa üzv olan dövlətlərdən birinə qarşı, konkret olaraq Rusiya tərəfindən, silahlı hücum olarsa, NATO-nun buna reaksiyasına dair sualını da cavablandırıb.

 

Nümunə kimi Rusiyanı göstərən M. Pritçard alyansın nizamnaməsinin 5-ci bəndinə uyğun olaraq bu ölkəyə qarşı hərbi əməliyyatlara başlamağın vacibliyini vurğulayıb.

 

“Mən bu suala qısa cavab verəcəm. Bizim buna reaksiyamız sərt olacaq”, - deyə, F. Ştaynmayer sualı belə cavablandırıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü