“Lerik rayonuna qar yağmayıb”.
Bunu Modern.az-a açıqlamasında Lerik rayonu Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov deyib.
O bildirib ki, rayonda dumanlı və yağışlı hava şəraiti hökm sürür.
“Əhali fasiləsiz olaraq, qaz, su və işıqla təmin olunur. Rayon Fövqəladə Hallar Komissiyasına hər hansı şikayət daxil olmayıb. Məktəblərdə dərslər davam edir. Lerik-Lənkəran yolu fasiləsiz olaraq açıqdır. Rayon ərazisində heç bir problem yoxdur”.
Mirmahmud KAZIMOĞLU