Modern.az

Prezidentdən çoxmənzilli binalarla bağlı SƏRƏNCAM – 3 milyon ayrıldı

Prezidentdən çoxmənzilli binalarla bağlı SƏRƏNCAM – 3 milyon ayrıldı

20 Oktyabr 2016, 18:05

Azərbaycan Prezidenti İlham Əliyev Qazax şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Sərəncamda qeyd olunur ki, Qazaxda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 24 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qazax Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

 

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü