Modern.az

“Qarabağ” yunanları məğlub etdi  - YENİLƏNİB

“Qarabağ” yunanları məğlub etdi  - YENİLƏNİB

Aktual

20 Oktyabr 2016, 22:46

UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun növbəti oyunları keçirilir. Modern.az saytı xəbər verir ki, Ağdamın “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda Yunanıstanın PAOK klubu ilə qarşılaşıb. “Qarabağ”ın start heyətində İbrahim Şehiç, Qara Qarayev, Maksim Medvedev, Dino Ndlovu, Muarem Muarem, Rəşad Sadıqov (k), Rahid Əmirquliyev, Riçard Almeyda, Ansi Aqolli, Bədavi Hüseynov və Dani Kintana yer alıblar.

PAOK komandasının heyətində isə Panagiotis Qlikos (k), Leo Matos, Marin Leovac, Mame Baba Tiam, Calma Kampos, Xose Angel Krespo, Qyoko Cimirot, Qarri Rodriges, Yevgen Şaxov, Fernando Varela və Xose Kanyas meydana çıxıblar.

Baş hakim Alon Yefetin rəhbərliyi ilə israilli hakimlər briqadasının idarə etdiyi oyunun ilk hissəsində hesab açılmayıb.

***

Oyunu hücum şəraitində keçirən “Qarabağ” komandası istəyinə ikinci hissədə çatıb. Belə ki, oyunun 56-cı dəqiqəsində Kintana "Qarabağ"ın ilk qolunu vurub.

Matçın 87-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Rahid Əmirquliyev rəqib qapısından ikinci qolu keçirib.

Oyun 2:0 hesabı ilə “Qarabağ” komandasının xeyrinə başa çatıb.

 

 

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü