Modern.az

Ərəbistanlı alimdən xərçəngin müalicəsi ilə bağlı YENİLİK

Ərəbistanlı alimdən xərçəngin müalicəsi ilə bağlı YENİLİK

Dünya

24 Oktyabr 2016, 15:07

Səudiyyə Ərəbistanından olan alim, Kral Fəhd  Tibb Mərkəzində onkologiya proqramının məsləhətçisi Abdullah Xələf al Tuvariki xərçəng xəstəliyinin müalicəsi ilə bağlı inqilabi yeniliyə imza atıb.

 

Modern.az saytı xarici KİV-ə istinadla xəbər verir ki, alim bununla bağlı açıqlamasında kəşf etdiyi metodunun ənənəvi kimyaterapiyadan fərqləndiyini söyləyib.

 

O əlavə edib: "Son tədqiqatlar bu ənənəvi kimyəvi terapiya müalicəsindən fərqlənir. Bu, effektli, yüksək müalicəyə nail olmaqdır. Bununla  xəstəliyə nəzarət imkanları daha da artır. Bu, xərçəng hüceyrələrinin aşkar edilməsi və ona qarşı müalicə aparılması üçün effektlidir".

Alim bildirib ki, Səudiyyə Ərəbistanında onun metodundan istifadə edirlər.

Lakin o, metodun konkret nədən ibarət olduğunu açıqlamayıb.

 

Aqşin Kərimov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü