Modern.az

Amerikalı mütəxəssislər Bakıda “ABŞ-da Prezident Seçkiləri” mövzusunda danışacaqlar

Amerikalı mütəxəssislər Bakıda “ABŞ-da Prezident Seçkiləri” mövzusunda danışacaqlar

Aktual

24 Oktyabr 2016, 17:00

24-28 oktyabr tarixlərində ABŞ-ın Azərbaycandakı Səfirliyi Amerikadan iki mütəxəssis - professor Ceyms Thurber və xanım Klaudiya Thurberi Azərbaycana dəvət edib.

 

Səfirlikdən Modern.az-a verilən məlumata görə, mütəxəssislər qarşıdan gələn ABŞ-dakı prezident seçkiləri haqqında təqdimatlar edəcək və mühazirələr oxuyacaqlar.

 

Thurberlər  özəl və dövlət universitetlərində mühazirə ilə çıxış edəcəklər. Mühazirələrin əsas mövzusu ABŞ-da keçirilən bu ilki prezident seçkilərinə baxış, seçki kampaniyası strategiyaları, namizədlər haqqında qısa məlumat, seçici kollegiyası və s. olacaq. Mühazirələrin cədvəli ilə aşağıda tanış ola bilərsiniz:

 

24 oktyabr, 12:00        -           Xəzər Universiteti

26 oktyabr, 14:00        -           Bakı Dövlət Universiteti

27 oktyabr, 10:30        -           Dövlət İdarəçiliyi Akademiyası

27 oktyabr, 15:30        -           ADA Universiteti

28 oktyabr, 16:00        -           Bakı Amerika Mərkəzi, ictimaiyyətə açıqdır

 

Xatırladaq ki, Thurberlər federal hökumətlə işləmək və Amerikada siyasi prosesləri izləmək sahəsində böyük təcrübəyə malikdirlər.

Ceyms Thurber Vaşinqton şəhərində Amerika Universitetində ali professordur və Konqres və Prezident Tədqiqatları Mərkəzinin təsisçisidir.

Xanım Klaudiya Thurber federal xidmət sahəsində 20 ildən artıq təcrübəsi olan peşəkar hüquqşünas, Vaşinqtonda müvəkkil, və siyasətdə qadınların rolu sahəsində mütəxəssisdir.

 

Qeyd edək ki, 8 noyabrda ABŞ-da prezident seçkiləri keçiriləcək. 

 

Aqşin Kərimov

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü