Modern.az

Dünya çempionunu iki qadın döydü

Dünya çempionunu iki qadın döydü

24 Oktyabr 2016, 17:44

Boks üzrə ikiqat dünya çempionu Denkaosan Kaoviçit qonşuları ilə münaqişəyə düşüb.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, Banqkok ətrafında yaşayan Kaoviçitin qonşuları ilə öz itinə görə uzun müddət davam edən münaqişəsi kədərli nəticəyə gətirib çıxarıb.

 

Oktyabrın 22-də axşam tailandlı boksçu məşqçi işlədiyi zaldan qayıdanda evinin kandarında onunla yanaşı yaşayan iki qadınla rastlaşıb.

 

Qonşular özləri ilə bıçaq götürüblər və idmançıya hücum etmək qərarına gəliblər. Koaviçit qadınlarla dalaşmaq istəmədiyindən qaçmağa başlayıb. Ancaq keçmiş boksçu büdrəyərə yıxılıb, bundan sonra qadınlar ona bir neçə zərbə vurublar.

 

Koavişçit başından və əllərindən aldığı ciddi xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Sol əlindəki barmağından biri faktiki qopub, həkimlər onu təzədən yerinə tikiblər, ancaq onun bitişəcəyi ehtimalı azdır.

 
Denkaosan Koaviçit ikinci yüngül çəki dərəcəsində çıxış edib və iki dəfə WBA versiyası üzrə dünya çempionu titulunu qazanıb.



Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü