Modern.az

Kerri və Lavrov Hələbdəki vəziyyəti müzakirə edib

Kerri və Lavrov Hələbdəki vəziyyəti müzakirə edib

25 Oktyabr 2016, 00:09

ABŞ Dövlət Katibi Con Kerri ilə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Hələbdəki böhranlı vəziyyətin həll yolu ilə bağlı fikir mübadiləsi aparıblar. Modern.az saytı xəbər verir ki, bu barədə Rusiya XİN-i məlumat yayıb.

 

“ABŞ-ın müxalif qüvvələri terrorçulardan ayırmaq üçün lazımi öhdəlikləri yerinə yetirməsinin vacibliyi qeyd edildi. Tərəflər Hələbdəki dramatik vəziyyətin yoluna qoyulması ilə bağlı razılığa gəliblər. Lavrov Hələbdəki silahlı qrupların mülki şəxslərə atəş açdığını da xüsusi vurğulayıb”, - açıqlamada bildirilib.

 

Qeyd edək ki, Vaşinqtonun tələbi ilə görüşün baş tutduğu bildirilib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü