Modern.az

“Maliyyə Bazarlarına Nəzarət Palatası bu işlərin öhdəsindən gələcək”

“Maliyyə Bazarlarına Nəzarət Palatası bu işlərin öhdəsindən gələcək”

Aktual

26 Oktyabr 2016, 16:01

“Azərbaycanda aparılan iqtisadi islahatlar, eyni zamanda ölkənin pul-kredit, maliyyə siyasətinin daha da təkmilləşməsini məqbul hesab edirəm. Bu baxımdan ölkə başçısının Maliyyə Bazarlarına Nəzarət Palatası haqqında imzaladığı fərman mühüm əhəmiyyət kəsb edir”.

 

Bunu Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə dyib.

 

Komitə sədri ölkədə maliyyə vəziyyətinin stabilləşməsi üçün müəyyən islahatlar aparıldığını diqqətə çatdırıb:

“Mili Məclis Maliyyə Bazarlarına Nəzarət Palatası haqqında qanun qəbul edib, eyni zamanda bir çox qanunlarda dəyişiklik edilib.

 

Hesab edirik ki, qısa zaman kəsiyində Maliyyə Bazarlarına Nəzarət Palatası xeyli iş görüb. Palatanın daha geniş fəaliyyət göstərməsi üçün Mərkəzi Bankın bir çox funksiyaları Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib.

 

Hazırda Palatanın bilavasitə dəstəyi və iştirakı ilə “Kkredit büroları haqqında” qanun parlamentin müzakirəsindədir. Çox çətin, mürəkkəb proseslərə baxmayaraq ölkədə maliyyə sabitliyinin qorunması üçün Palata addımlar atır”.

 

Z.Səmədzadə əminliklə deyib ki, Palata ölkədə yaranmış iqtisadi çətinliklərin öhdəsindən gəlmək iqtidarındadır:

“İqtisadçı olaraq əminəm ki, Maliyyə Bazarlarına Nəzarət Palatası qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gələcək və bütövlükdə ölkənin maliyyə, bank sektorunun inkişafına öz töhfəsini verəcək. Çünki Palatanın yaradılmasına qədər banklarda bir sıra problemlər vardı. Bu problemlərin həlli də bir, iki, üç günün işi deyil. Ona görə də belə bir maliyyə orqanının yaradılması və ona səlahiyyətlərin verilməsi ölkədə pul-kredit, maliyyə nəzarəti sisteminin daha da təkmilləşməsinə imkan verəcək. Palata qısa zaman kəsimində xeyli iş görüb və iqtisadi strukturlarla birlikdə bu prosesin təkmil olmasına çalışmalıyıq”.

 

Gülşən RAUFQIZI

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü