Modern.az

Bankdan oğurluq edən şəxsə 8 il iş kəsildi

Bankdan oğurluq edən şəxsə 8 il iş kəsildi

Aktual

26 Oktyabr 2016, 16:54

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Hikmət Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.



Modern.az-ın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Hikmət Əliyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, ötən ilin iyulunda “Kapital Bank” ASC-nin Abşeron filialında sürücü-inkassator işləyən 1962-ci il təvəllüdlü Hikmət Əliyev əvvəlcədən planlaşdırdığı oğurluğu həyata keçirmək üçün binanın içində gizlənib.


Gecə saatlarında filialda xidmətdə olan Abşeron rayon Mühafizə İdarəsinin əməkdaşı Hamlet Şıxəliyev içəridə gizlənən Hikmət Əliyevi aşkar edəndə sonuncu bıçaqla mühafizəçiyə hücum edib.

 

Bu zaman mühafizəçinin üzərindəki xidməti silahı açılıb və güllə onun özünə dəyib. Mühafizəçi dizindən yaralanıb. Hikmət Əliyev hadisə yerindən qaçıb.

 

Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları Hikmət Əliyevi yaxalayaraq aidiyyəti üzrə təhvil veriblər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü