Modern.az

Poroşenko Avropa Parlamentinin deputatı olmaq istəyir

Poroşenko Avropa Parlamentinin deputatı olmaq istəyir

Dünya

27 Oktyabr 2016, 20:02

Ukrayna prezidenti Pyotr Poroşenko bu vəzifədən gedəndən sonra ölkəsinin Avropa İttifaqının üzvü kimi Avropa Parlamentinin deputatı seçilməyi arzuladığını bəyan edib. Modern.az Ukrayna mediasına istinadən bildirir ki, o bunu Rovenski vilayətindəki “Ostorojski akademiyası” Milli Universitetindəki çıxışında deyib.

 

“Məndən soruşanda ki, prezidentlikdən sonra hansı işlə məşğul olmaq istəyir, deyirəm Ukraynanın Avropa Parlamentindəki deputatı seçilmək istərdim. Bu, mənə bəsdir”, - o, bildirib.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü