Modern.az

Hakimin rüşvət almasına vasitəçilik edən vəkil də tutuldu

Hakimin rüşvət almasına vasitəçilik edən vəkil də tutuldu

Dünya

28 Oktyabr 2016, 21:59

Ermənistda vəkil Elza Zakaryan rüşvət aldığına görə günahlandırılan hakimin işi ilə bağlı saxlanılıb. Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, o, hakim İşxan Barseqyan və rüşvəti verən şəxs arasında vasitəçilkdə şübhəli bilinir.

Zakaryan hazırda Xüsusi İstintaq Xidmətindədir, hüquqlarını məhkəmədə Lyudviq Avetisyan müdafiə etməyə hazırlaşır.

 

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, hakim mülki işlə bağlı qərar çıxarmaq üçün rüşvət tələb edib. O min dollar məbləğində rüşvəti Yerevandakı piyada keçidində alan anda həmin xidmətin əməkdaşları yaxalayıblar.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü