Modern.az

Mədə qastriti xəstələrinin diqqətinə! - Həkim MƏSLƏHƏTİ

Mədə qastriti xəstələrinin diqqətinə! - Həkim MƏSLƏHƏTİ

Mədəni̇yyət

29 Oktyabr 2016, 11:40

Modern.az saytı oxuculara doktor Qüdrət Qəhrəmanovun tibbi məsləhətlərinin təqdimatına davam edir. Q.Qəhrəmanov 2005-də Azərbaycan Tibb Universitetini bitirib. Sonra 2 il Sankt-Peterburq Tibb Akademiyasında ümumi cərrahiyyə üzrə ordinatura keçib. Laporoskopik və endokrin cərrahiyyə üzrə Türkiyə Heydərpaşa Xəstəxanası, Ankara Ulus Dövlət Xəstəxanası, Hacettepe Universitetlərində kurslarda olub, müxtəlif cərrahi kongreslərdə iştirak edib. Hazırda Modern Hospitalda ümumi cərrahdır.


Qastrit - mədənin selikli qişasının iltihabı olub, uşaqlar arasında təsadüf edilən xəstəliklər içərisində görmə orqanları xəstəliklərindən sonra ikinci yeri tutur.

Əksər hallarda qastritin törədicisi “helikobakter pilori” bakteriyası olur. Bu bakteriyaya öpüşmək, ümumi qab-qacaq, natəmiz əllər və s. vasitəsilə yoluxma mümkündür. Yoluxmadan sonra bir neçə il ərzində xəstəlik heç bir əlamətlərlə özünü büruzə verməsə də, mədənin selikli qişasında iltihab prosesi inkişaf etməkdə davam edir. Sonradan isə ağrılar meydana çıxır.

Qastritin inkişafına təsir göstərən bir neçə amil var. Bunlardan ən başlıcası qeyri-düzgün və vaxtsız qidalanmadır. Ac qalma, yeməklər arasında fasilənin çox olması, quru yeməklər, kəskin-acı, qızardılmış, hisə verilmiş, konservləşdirilmiş və s. bu kimi məhsullarla qidalanma da bu faktorlara aiddir. Streslər, uşaqda daxili diskomfort (tənhalıq, yalqızlıq hissi, valideynlər arasında olan pis münasibətlər) halları da qastritin inkişafına təkan verə bilər.

Qastrit zamanı qarında sızıltılı ağrılar, gəyirmə, ağızdan qıcqırmış pis iyin gəlməsi, iştahasızlıq əlamətləri müşahidə edilir. İlk simptomlar əmələ gələn kimi tez bir zamanda həkimə müraciət etmək məsləhət görülür.

Həkim-qastroenteroloq ilki növbədə tələb olunan müayinələr aparmaqla qastritin əmələ gəlmə səbəbini dəqiqləşdirir. Əgər xəstəliyin səbəbi helikobakter pilori törədicisidirsə, bu zaman həkim müxtəlif preparatlar, həmçinin müvafiq antibiotiklər təyin edəcək. Düzgün aparılan müalicə sizin uşağınızı həmişəlik olaraq bu qorxulu bakteriyadan azad etmiş olacaq.

Yadda saxlamaq lazımdır ki, uşaqda helikobakter pilori mikrobu tapılıbsa, bütün ailə üzvləri müvafiq müayinədən keçməli və lazım gələrsə müalicə olunmalıdırlar. Əks halda, sağalmış uşaq təkrarən onlardan yoluxa bilər.

Bəzi hallarda qastritin əmələ gəlməsində irsiyyət də müəyyən rol oynayır. Ona görə də valideynlərdə və ya onlardan birində qastrit varsa, körpəlikdən uşağınızın pəhrizinə, təmizliyinə, həyat tərzinə xüsusi diqqət yetirilməlidir.

Bütün qastritlərin müalicəsi həkim tərəfindən təyin edilən pəhrizlə eyni bir vaxtda aparılmalıdır. Vaxtında müalicə olunmamış qastrit xroniki hala keçə bilər. Bundan sonra isə mədənin zədələnmiş selikli qişasında daha dərin dəyişikliklər baş verərək eroziya və mədə xoralarının əmələ gəlməsi ilə nəticələnə bilər. Qastritə nisbətən belə ağırlaşmaların müalicəsi daha çətin olur. Bu səbəbdən qastritin ilk əlamətləri görünən kimi, tez bir zamanda müalicə tədbirlərinə başlamaq lazımdır.

Qastritin bütün formalarında qara çörək, təzə ağ çörək, undan bişirilmiş müxtəlif qida məhsulları, qatı bulyonda bişmiş şorbalar, kələm şorbası, yağlı ət, balıq və toyuq əti, kolbasalar, tomat, suda bərk bişirilmiş yumurta, qayğanaq, müxtəlif konservləşdirilmiş məhsullar, ağ kələm, ağ turp, sarımsaq, qızardılmış tərəvəz, turş giləmeyvələr, dondurma və s. bu kimi məhsullar yemək qadağan edilır.


***

Mədə-bağırsaq xəstəliklərinin əsas əlamətləri qarında ağrı, iştahanın pozulması, ürəkbulanma, qusma, gəyirmə, qıcqırma, qarının köpməsi, qəbizlik, ishal və s.-dir.

Ağrılar xəstəliyin səbəblərinə uyğun olaraq uzunmüddətli və ya qısamüddətli tutmalar şəklində, yemək yeyən kimi və ya 2-3 saatdan sonra ola bilər. Tutmayabənzər qəfil baş verən şiddətli ağrılara sancı deyilir. Diaqnozu dəqiq qoymaq üçün ağrıların yerini düzgün müəyyənləşdirmək vacibdir. Qarında çox şiddətli ağrılar olduqda ağrıkəsici dərmanlar verməyə tələsmək lazım deyildir. Çünki ağrıların müxtəlif vasitələrlə kəsilməsi diaqnozun düzgün qoyulmasına mane ola bilər, cərrahi əməliyyat aparmaq lazımdırsa, onu da ləngidə bilər. Qarındakı ağrıların səbəbləri aydınlaşdırılmamış qarına isitqac qoyulması, işlətmə dərmanları verilməsi düzgün deyil.

Ürəkbulanma və qusma mədə əzələlərinin geriyə peristaltikası ilə əlaqədardır. Gəyirmə adətən yemək yeyən vaxt hava udduqda baş verir.

Qıcqırma turş mədə möhtəviyyatının qida borusuna düşməsi ilə əlaqədardır, bu hal mədə turşuluğu artdıqda müşahidə edilir. Bağırsaqlarda qaz çox əmələ gəlib, yavaş irəlilədikdə xəstənin qarnı köpür və ona əziyyət verir.

Ağız boşluğunun və qida borusunun zədələnmələri isti qidadan, yad cisimlərin udulmasından, kimyəvi maddələrin bilmədən və ya qəsdən qəbul olunmasından baş verə bilər. Bu zaman yenə də xəstənin sinəsində, ağız boşluğunda ağrılar olur, iştaha pozulur, xəstə bəzən udquna bilmir. Müalicə əsasən inyeksiyalar vasitəsilə aparılır. Xəstə qida qəbul edə bilirsə, yüngül, çox qıcıqlandırmayan qidalar təyin edilir.

***

Mədənin iltihabı qastrit adlanır. Mədəyə soyuq olduqda, qidalanma gigiyenası pozulduqda qastrit baş verir. O əvvəlcə şiddətli ağrılarla, yuxarıda göstərilən əlamətlərlə başlanır. Vaxtında düzgün müalicə aparılmazsa, xronik qastritə keçir. Xronik qastrit isə müəyyən dövrlərdə kəskinləşmələr verərək, daim xəstəni narahat edir. Bu da müalicə olunmazsa, mədə xorasına və bağırsaqların da iltihabı və xora xəstəliyinə keçə bilər. Ona görə də mədə-bağırsaqda hər hansı bir xəstəlik başlandıqda, tez müalicə etmək lazımdır. Mədə-bağırsaq xəstəliklərinin müalicəsində ilk növbədə diyetanın (pəhrizin) saxlanılması vacib şərtlərdəndir. Belə ki, bu xəstəliklər zamanı tez və yüngül həzm olunan qidalar qəbul olunmalıdır. Əlamətləri nəzərə alaraq əsasən süd və süd məhsulları, xörəklərdən, xüsusilə ət xörəkləri yaxşı bişmiş, yəni suda bişirilmiş halda, tərəvəz və meyvə şirələrinə üstünlük verilməlidir. Qızardılmış, yağlı, çox yüksək kalorili, həzmi çətin olan, qıcıqlandırıcı qidalardan, yəni çox ədviyyatlı kəskin yeməklərdən çəkinmək lazımdır. Siqaret, spirtli içkilər qəti qadağan edilir. Bu xəstəliklər zamanı çalışmaq lazımdır ki, dərmanlar da ağızdan yox, inyeksiya ilə qəbul edilsin.
qastritƏsasən aşağıdakı dərmanlardan istifadə edilir: festal, antibiotiklər (linkomisin, gentamisin, levomisetin), menzim forte, nikedaza, oraza, pankreatin, pepsin, solizim, tibbi mədə şirəsi, qastrofarm və s. Serukal, reqlan, diopan, noşpa, papaverin, FİBS, oksiferriskarbon, solkoseril, retabolil və b. dərmanlardan istifadə olunur. Hipersekresiyada aloye məsləhət deyildir.
Mədə-bağırsaq yollarının vərəmi zamanı, vərəm əleyhinə dərmanlar işlədilir: izonazid, ftivazid, bepask, etambutol və s.
Mədə-bağırsaqlarda xora, xərçəng xəstəlikləri olduqda cərrahi müalicəyə üstünlük verilir.



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır