30 aprel 2017, Bazar
Ana Səhifə - PARLAMENT - Deputatdan Ukraynada təhsil alan azərbaycanlılara İTTİHAM: "Vaxtlarını biabırçılıqla keçirirlər"
Deputatdan Ukraynada təhsil alan azərbaycanlılara İTTİHAM: "Vaxtlarını biabırçılıqla keçirirlər"
02.11.2016, 12:42

Bir müddət əvvəl, mətbuatda Ukraynada  azərbaycanlıların girov götürüldüyü və ya itkin düşdüyü barədə məlumatlar yer almışdı. Hətta, oğurlanan azərbaycanlıların azad edilməsi də mümkün olub.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev vəziyyəti şərh edib. 

 

“Ukraynada yaşayan azərbaycanlılarla bağlı hər dəqiqə doğru oldu-olmadı xəbərlər yayılırdı. Ay nə bilim, azərbaycanlıları  doğrayırlar, kəsirlər. Oktyabrın əvvəllərində  məlum məsələlərlə əlaqədar, Ukraynada oldum. Ukrayna parlamentlərarası qrupun rəhbəri ilə görüşdüm. Ukraynalı deputatlarla bərabər, Ukraynadakı səfirimiz də həmin görüşdə iştirak edirdi. Məlum məsələni müzakirəyə çıxardıq. Ukrayna Ali Radasında azərbaycanlıların məsələsi 2 dəfə  tribunadan səslənib. Ukraynalı deputatların çıxışında, “Ukraynada azərbaycanlılara qarşı heç bir şey olmayıb” deyilib.  

 

Daha sonra Ukrayna Daxili İşlərNnazirliyinin əməkdaşı ilə danışdıq. Bəlli oldu ki, artıq  kriminogen vəziyyət dəyişib.  Düzdür, azərbaycanlıların arasında iqtisadi problemlər olur. Sonra da bunu kriminal yolla həll etməyə başlayırlar. İki azərbaycanlının arasında yaranan çəkişmə Ukrayna hüquq-mühafizə orqanlarının işə qarışması  ilə davam edir. Bu zaman uduzan tərəf bizimkilər olur. Diaspor nümayəndələri ilə də görüşdə bu məsələni bir daha  qaldırdıq. Bəzi faktlar var ki, onu rəsmi şəkildə də bildirmişəm.

 

Ukraynaya göndərilən səfirimiz bütün məsələləri artıq yoluna qoyub. Səfirlə 3 dəfə görüşdük və hər görüşdə 2 saat söhbət etdik. Kim deyir ki, başqa millətlərə qarşı münasibət yaxşıdır azərbaycanlılara qarşı pisdir - bu, yalandır”.

 

Deputatın sözlərinə görə, Ukrayna prezidenti Pyotr Poroşenkonun dövründə  bir çox məsələlər yoluna qoyulub.

 

“Ukraynalılar azərbaycanlıları çox sevir. Cənab Poroşenkonun  qarşısında çıxış edərkən “çox sağ olun, cənab prezident. Ukraynada yaşayan 100-lə azərbaycanlıya elə şərait yaratmışınız ki, onlar sizə təşəkkür edir” dedim. Hal-hazırda Ukraynada bütün sahələrdə islahatlar başlayıb”.

 

R. Quliyev Ukraynada ali təhsil alan tələbələrlə bağlı çox sərt mövqe nümayiş etdirib.  

 

“Ukraynada çoxlu sayda tələbələrimiz təhsil alır. Aralarında təhsilə xüsusi önəm verənlər çoxdur. Hətta,  60-70- % təşkil edir.  Amma bir qism azərbaycanlı tələbə var ki, biabırçı formada asudə vaxtlarını keçirirlər. Dərslərə getmirlər. Ona görə də Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədri Hikmət Cavadovla birgə müraciət hazırlayırıq. Hikmət Cavadov, ali məktəblərlə əlaqə saxlayacaq.

 

Demək istəyirəm ki, övladları Ukraynada  təhsil alan azərbaycanlı valideynlər Azərbaycanda rahat oturmasınlar. Daimi olaraq, Ukraynadakı  ali məktəblərlə əlaqə saxlasınlar. Diaspora rəhbərliyinin də mənim də müraciətim budur: “Əziz valideynlər, uşaqlarınıza nəzarət edin”. Sabah bu gənclər ölkəyə qayıdanda əmək bazarında problem yaranacaq. Mütəxəssis  ola bilməyəcəklər”.

 

Namidə BİNGÖL


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
30.04.2017, 18:38

Yevlaxda əl qumbarası tapılıb

30.04.2017, 18:33

Binəqədidə mənzildə kişi cəsədi tapılıb

30.04.2017, 18:29

Cocuq Mərcanlıda tank əleyhinə mina tapılıb-FOTO

30.04.2017, 18:02

Marina Le Pen: Fransa "Avro"dan imtina etməlidir

30.04.2017, 17:28

ABŞ-da qasırğa: 5 nəfər ölüb, 50 nəfər yaralanıb

30.04.2017, 16:55

Bu gün keçirilən qəbul imtahanlarında qüsurlar aşkarlanıb

30.04.2017, 15:50

Kürdəmirdə qadın pambıq tarlasında faciəvi şəkildə ölüb

30.04.2017, 15:39

Millimizin IV İslam Həmrəyliyi Oyunlarında HEYƏTİ

30.04.2017, 15:30

Azərbaycanda təhsil alan tələbələrin sayı AÇIQLANDI

30.04.2017, 15:26

Sürücülərin nəzərinə: sabahdan Bakıda 25 günlük qadağa qüvvəyə minir

30.04.2017, 15:06

Dünyanın ən güclü orduları müəyyənləşib: Azərbaycan Silahlı Qüvvələri 59-cu dur

30.04.2017, 14:51

Nazirlikdən “Elba”ya yeni ittiham: ölü heyvandan kolbasa istehsal edirlər

30.04.2017, 14:30

Rusiya müxalifəti küçələrə çıxdı-FOTOLAR

30.04.2017, 13:37

Bakıda bədii gimnastika üzrə dünya kubokunun final mərhələsi keçirilir

30.04.2017, 13:17

Mehman Qələndərovun intihar etməsi ilə bağlı cinayət işi başlanıb

30.04.2017, 12:38

Azərbaycanda pambıqçılığın inkişafı üçün hər cür şərait var...

30.04.2017, 12:13

Pakistanda avtobus dərəyə aşdı: 11 ölü

30.04.2017, 12:03

Xəzərdən başlayan səyahət Qusara yetişdi

30.04.2017, 11:55

Sabahın hava PROQNOZU

30.04.2017, 11:37

“Bakı Marafonu-2017”nin kişi və qadınlar üzrə qalibləri müəyyənləşib-SİYAHI

30.04.2017, 11:00

Milli Məclisin deputatları Avropa İttifaqının sessiyasında iştirak edəcəklər

30.04.2017, 10:51

Zabratdakı Vertolyot Meydançasının rəisi dostunu öldürüb

30.04.2017, 10:45

"Bakı Marafonu xalqımız üçün çox vacib tədbirdir".

30.04.2017, 10:36

Tramp müxbirləri "tələyə saldığını" deyib

30.04.2017, 10:13

Ermənistan silahlı bölmələri atəşkəsi 112 dəfə pozub

30.04.2017, 10:09

Gəncədə özünü qatarın altına atan kişi dünyasını dəyişib

30.04.2017, 09:55

"Bakı Marafonu 2017" başlayır

30.04.2017, 09:15

Bu gün ali məktəblərə qəbul imtahanı keçirilir

30.04.2017, 01:03

Ağır atletika üzrə Azərbaycan birinciliyi yekunlaşdı

30.04.2017, 00:43

Kubada yoxa çıxan təyyarə qəzaya uğrayıb: 8 ölü, Yenilənib

30.04.2017, 00:26

Polad Bülbüloğlu Türkmənistanın Xalq artisti oldu

30.04.2017, 00:09

ADNA terroru: 12 nəfərin qətlinin anım günü

29.04.2017, 23:58

Şadlıq evləri iş prinsipini dəyişir - VİDEO

29.04.2017, 23:37

Böyük Britaniya və Avropa Birliyi arasında QANUN SAVAŞI

29.04.2017, 23:32

Daha bir ölkə narkotik istifadəsini leqallaşdırır

ARXİV