Modern.az

"Qarabağda yeni əməliyyatın qarşısını ABŞ və Rusiya ala bilməyəcək" - MESAJ  

"Qarabağda yeni əməliyyatın qarşısını ABŞ və Rusiya ala bilməyəcək" - MESAJ  

Qarabağ

4 Noyabr 2016, 11:39

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların və silahların idarəolunması sisteminin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər keçiriləcək.

Müdafiə Nazirliyindən , təlimlərə 60 mindən artıq şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb ediləcək.

 

“Bu təlimlərin ümumiyyətlə son vaxtlar cəbhə bölgəsində baş verən hadisələrlə heç bir əlaqəsi yoxdur. Noyabrın 12-də keçiriləcək bu təlim 2015-ci ilin dekabrında növbəti il üçün planlaşdırılan və təsdiq olunan təlimlərdən  biridir. 2016-cı ilin isə son təlimidir”.

 

Bunu Modern.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov keçiriləcək təlimlərdən danışarkən deyib.

Ekspert bildirib ki,  həmin şəxsi heyətin yerləşdirilməsi, yanacaq, ərzaq və geyim təminatı heç də sıradan məsələ deyil.

“Ona görə də bu təlimlər çoxdan planlaşdırılıb. Təlimlərin keçirilməsi son zamanlar cəhbədə baş verən hadisələrlə eyni vaxta düşüb. Ona görə də ajiotaj yaradıb”.

Ü.Cəfərov deyib ki, istənilən an döyüş əməliyyatları başlaya bilər.

 

“Çünki danışıqlar prosesinin heç bir nəticəsi yoxdur. Düşmən öz həyasızlığını davam etdirir. Belə gedişlə yaxın zamanlarda Qarabağ məsələsinin həlli mümkün olmayacaq.  Nəzərə alsaq ki, ABŞ dövlət katibi Con Kerrinin məlum bəyanatı, Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun açıqlaması  göstərdi ki, bu ölkələr Dağlıq Qarabağla bağlı öz  maraqlarını irəli çəkirlər. Azərbaycanın maraqlarını isə dilə gətirmirlər”.

 

Hərbi ekspert qeyd edib ki, Azərbaycan silahlı qüvvələrinin növbəti dəfə erməni təxribatının qarşısının alınması üçün apracağı əməliyyatı nə  ATƏT, nə Rusiya nə də ABŞ dayandıra biləcək.

 

“Azərbaycanın  ərazi bütövlüyü təmin olunmalıdır. Çünki bundan başqa yol yoxdur. Düşmən daha da azğınlaşır, yeni silahlar əldə edir və Azərbaycanı yer üzündən silmək istədiyini deyir. Onlarda nə silah olursa olsun, Azərbaycan  müstəqil dövlət olaraq öz hüququnu qorumalı, nə lazımdısa onu da etməlidir”.

 

Mirmahmud KAZIMOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü