Modern.az

Gömrükçülər ölkəyə gizli gətirilən 6 930 ədəd yaddaş kartı aşkarlayıb  

Gömrükçülər ölkəyə gizli gətirilən 6 930 ədəd yaddaş kartı aşkarlayıb   

Aktual

7 Noyabr 2016, 22:49

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonlar üçün nəzərdə tutulan külli miqdarda yaddaş kartının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Modern.az saytına verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Bakı Karqo Terminalına, Azərbaycan vətəndaşının adına gömrük bəyannaməsində göstərildiyi kimi, mobil telefon aksessuarları - LCD ekranlar və telefon üzlükləri daxil olub. Lakin mallara rentgen aparatı ilə baxış keçirilərkən monitorda bəyannamədə göstərilməyən malların təsviri görünüb və bununla bağlı təkrar gömrük yoxlaması aparılıb.

 

Yoxlama zamanı, LCD ekran qutularına qablaşdırılan, gömrük bəyannaməsində və mal-müşayiət sənədlərində göstərilməyən cəmi 6 930 ədəd yaddaş kartı aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü