Modern.az

“Qaynar xətlərin vətəndaşlara "musiqi çələngi"...

“Qaynar xətlər”in vətəndaşlara "musiqi çələngi"...

8 Noyabr 2016, 12:40

Havalar soyuduqca, sosial problemlər daha da dərinləşir. Belə məqamlarda vətəndaşların haqlı olaraq üz tutduqları ünvanlar isə onları daha da dözülməz duruma salır. Necə deyərlər, işıqsız, qazsız qalmaq bir tərəfə, səlahiyyətli və buna cavabdeh qurumların telefon zənglərinə laqeyd yanaşması onlar üçün əlavə və daha ağrılı bir problemə çevrilməkdədir. 

Əvvəlki qaydalardan fərqli olaraq, indi hansısa cavabdeh qurumun şəhər telefonunu axtarmağa xüsusi lüzum yoxdur. “Qaynar xət”t çıxış yolu kimi seçilib. 

İşıq üçün 186, qaz üçün 104 xidmətləri nəzərdə tutulub. Amma onlara zəng edəndə?!..

Guya sivil “qaynar xətt” yaradan bu qurumlar vətəndaşı saatlarla "musiqi çələngi"nə qonaq edirlər. Evində yeməyi olmayan, qızdırıcısı işləməyən, soyuqdan donan, üstəlik qaranlıq zülmətə qərq olan vətəndaş bu "musiqi çələngi"ndən necə "faydalanır" görəsən? 

Biz bunları öz həyatımızda tez-tez yaşayırıq. Onu həmin cavabdeh qurumların rəhbərləri anlasalar, bir anlığa da olsa özlərini əsəbləri tarıma çəkilmiş məcburən "toyxana sərnişini"nə çevrilən binəvaların yerinə qoysaydılar... ordan çox mətləbləri görərdilər. Elə əhalini necə gülünc duruma saldıqlarını da...


Nəzirməmməd Zöhrablı

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü