Modern.az

Masallı məktəbliləri arasında "Zəif Bənd" oyunu yekunlaşıb

Masallı məktəbliləri arasında "Zəif Bənd" oyunu yekunlaşıb

Aktual

9 Noyabr 2016, 23:06

Masallı rayonunda məktəblilər arasında keçirilən "Zəif Bənd" oyunu yekunlaşıb. Modern.az saytı xəbər verir ki, intellektual oyun Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra olunub. Layihə rəhbəri Sara Abdullayevanın sözlərinə görə, "Ən Zəif Bənd" layihəsi çərçivəsində keçirilən oyuna Masallı rayonunun 5 məktəbi cəlb edilib. Seçim turları oktyabrın 17-də Masallı rayonu 2 saylı tam orta məktəbində, 18 oktyabrda Masallı rayonu 4 saylı Digah kənd tam orta məktəbində, 19 oktyabrda Masallı rayonu 1 saylı tam orta məktəbində, 20 oktyabrda 3 saylı tam orta məktəbində, 21 oktyabrda isə Masallı rayonu "Dəfinə" məktəb-liseyində tədbirlər baş tutub. Tədbirlərə həmin məktəblərin 9, 10 və 11-ci sinifdə təhsil alan 14-17 yaş arası 100 nəfər gənc iştirak edib. Seçim turlarında hər məktəbdən 20 şagird arasından 2 nəfər seçilməklə 10 nəfər gənc oyuna vəsiqə qazanıb. Sonda oktyabrın 22-də  "ASAN Hayat" Kompleksinin "Asan İntellekt" zalında "Ən Zəif Bənd" oyununun finalı keçirilib. Tanınmış "Zəif Bənd" oyununun qaydalarına əsasən layihənin sonunda  1 nəfər gənc, "Dəfinə" məktəb-liseyinin 11-ci sinif şagirdi Rafael Əliyev bütün yaşıdlarından ən güclü olduğunu göstərdiyi biliklə sübut edib. Layihə çərçivəsində qalibə xüsusi mükafat və digər 9 iştirakçıya isə hədiyyələr təqdim olunub.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü