Modern.az

İrəvanda ara qarışıb: erməni müxalifəti növbədənkənar seçkilər tələb edir

İrəvanda ara qarışıb: erməni müxalifəti növbədənkənar seçkilər tələb edir

1 Mart 2011, 19:10

Ermənistan müxalifəti bu gün keçirdiyi izdihamlı aksiya zamanı hakimiyyətdən növbədənkənar prezident və parlament seçkilərin keçirilməsini tələb edib.  Modern.az “Armeniya Tudey”-ə istinadən bildirir ki, bu barədə “Erməni Ümummilli Hərəkatın”ın idarə heytinin rəhbəri Aram Manukyan bəyan edib.

Qeyd edək ki, erməni müxalifəti 1 mart hadisələrinin üç illik ildönümü ilə bağlı bu gün İəvanda etiraz aksiyası keçirib. On minlərlə insanın qatıldığı bu aksiya höküməti ciddi narahat edib. Belə ki, vətəndaşların aksiyaya qatılmasını əngəlləmək üçün Sərkisyan rejimi paytaxta gələn bütün yolları bağlayıb. 

Mitinqə martı 1-də həlak olmuş şəxslərin valideynləri də qatılıb. Onlar çıxış edərək Sərkisyan rejiminin devrilməsinə çağırıblar. Etiraz aksiyasına Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan da iştirak edib.

Qeyd edək ki, 2008-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz edən dinc nümayişçilər Sərkisyan hakimiyyəti tərəfindən gülləbaran edilib. Bu zaman 10 nəfər həlak olub, 300 nəfər əlilə çevrilib. 150 müxalifətçi isə həbs edilib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü