Modern.az

Xanımları gizli kameraya çəkməkdə ittiham olunan şirkətdən AÇIQLAMA - ÖZƏL

Xanımları gizli kameraya çəkməkdə ittiham olunan şirkətdən AÇIQLAMA - ÖZƏL

Ölkə

12 Noyabr 2016, 12:51

 

“VİP Style” MMC şirkəti xidmət göstərdikləri xanımların çılpaq fotolarının yayılması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

 

Şirkətin hüquqşünası Muraz Yaqubov Modern.az-a açıqlamasında deyib ki, görüntüləri yayan şəxs işdən çıxarıldığı üçün bu yollara əl atıb:

 

“Şirkətdə 200 nəfər çalışır. Cəbrayılova Lalə Cümşüd qızının kütləvi informasiya vasitələrinə ünvanlandığı müraə obyektiv qiymət verilib və nəticədə məlum olub ki, onun göstərdiyi halların hamısı əsassızdır.

 

Hüquq-mühafizə orqanları ona bildirdilər ki, qeyd olunan məsələdə cinayət faktı yoxdur. Cinayət sənin fotoları haradan əldə etməyin və yaymağın qanun pozuntusudur.

 

Bu xanım iyul ayının 31-dən sentyabrın 1-ə qədər işə gəlməyib. Əməkdaşlarımız onunla əlaqə saxlayıb. O,  xəstə olduğunu deyib. Üstündən 1 həftə keçdikdən sonra telefonlara cavab verməyib. İşə gəlmə səbəblərini göstərmədiyindən yaşadığı evə rəsmi məktub ünvanladıq. Məktubda işə gəlməmə səbəbləri barədə bizə məlumat verməsni xahiş etmişdik. Məktub çatdığı müddətdən 10 gün keçəndən sonra barəsində akt tərtib etdik. Qanunvericiliyin tələblərinə əsasən kobud nöqsan olduğundan onu işdən azad etdik. Rəhbərliyin imzası ilə tərtib olunmuş işdən çıxarılması ilə bağlı əmr evinə göndərildi”.

 

Hüquqşünas bildirib ki, Lalə xanım şirkətdə satış şöbəsinin mütəxəssisi olub:

 

“Bu xanım işinə laqeyd yanaşıb və işdən çıxarılıb. İndi də heyfini işəgötürəndən çıxır. Onun indiki hərəkəti insanlığa sığımır. O anlayanda ki, işdən çıxarılması tam qanuna əsaslanıb, başladı bizi şantaj etməyə. Xanımın məndə “whatsApp” yazışması var. O bizi hardansa əldə etdiyi görüntüləri yayacağı ilə hədələyib. Bildirdi ki, məsəlini şiritməyimizi istəmirsinizsə, bizə 5 min manat verin. Vermirsinizsə, biz bu haqda məlumat yayacağıq. Biz vermədik, onlar yaydılar.

 

Lalə xanımın bu şəkilləri yayması bizə əsas verir ki, biz məhkəməyə müraciət edək. Çünki qanunsuz hərəkət edərək o fotoları əldə edən odur”.

 

Cəbrayılova Lalə Cümşüd qızı musavat.com-a açıqlamasında “VİP Style” MMC şirkətinin müştəriləri aldatdığını, onlara xidmət zamanı videogörüntülərinin qeyd olunduğunu bildirib. Buna sübut kimi əldə etdiyi fotoları ictimailəşdirib.

 

Gülşən RAUFQIZI

 

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı