Modern.az

Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilir

Cinayət Prosessual Məcəlləsinə dəyişiklik edilir

Aktual

15 Noyabr 2016, 14:06

Cinayət Prosessual Məcəlləsinə (CPM) hüquqi şəxslərin cinayətə cəlb olunması ilə bağlı yeni - "Hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat" adlı fəslin əlavə edilməsi təklif edilib.

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında çıxış edən komitə sədri Əli Hüseynli deyib. 

 

Deputat bildirib ki, 2012-ci ildə Cinayət Məcəlləsinə hüquqi şəxslərin cinayət məsuliyyəti ilə bağlı maddə əlavə olunsa da, CPM-də hüquqi şəxs barəsində cinayət hüquqi tədbirlərin tətbiq edilməsi ilə əlaqədar müddəa olmayıb.

 

Bu da hüquqi şəxslərə qarşı cinayət materialının hazırlanmasında müəyyən problemlər yaradırdı.

CPM-də nəzərdə tutulan yeni fəsildə hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın xüsusiyyətləri, məhkəməyədək icraat, hüquqi şəxslərin nümayəndəsi və onların müdafiəçisi, həmçinin icraat zamanı müəyyən edilməli olan hallar, hüquqi şəxslər barəsində tətbiq oluna bilinəcək cinayət-hüquqi tədbirlərin təmin edilməsi və məhkəməyədək icraatın qurtarması, eləcə də məhkəmə baxışının xüsusiyyətləri ilə bağlı müddəalar nəzərdə tutulur.

Bu fəsildə hüquqi şəxs barəsində ibtidai və məhkəmə istintaqının obyektiv aparılması və düzgün qərar verilməsi üçün bütün müddəalar öz əksini tapıb.

Məcəlləyə təklif edilən dəyişikliklər layihəsi parlamentin plenar iclasına tövsiyə olunub. 

 

Ağa AKİFOĞLU

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü