Modern.az

Hafiz Hacıyev mitinq üçün Abutalıbova müraciət etdi

Hafiz Hacıyev mitinq üçün Abutalıbova müraciət etdi

Təhsil

3 Mart 2011, 14:48

Müasir Müsavat Partiyası  bu gün mitinq keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə Modern.az-a partiyanın mətbuat xidmətindən məlumat verilib. BŞİH razılıq cavabı verdikdən sonra mitinqin vaxtı və yeri mətbuata açıqlanacaq.

Bununla bağlı bu gün Müasir Müsavat Partiyasının Mərkəzi Qərargahında partiyanın İdarə Heyətinin də iştirakı ilə Mitinq Komitəsi üzvlərinin birgə toplantısı keçirilib. Toplantıda MMP-nin yaxın zamanlarda planlaşdırdığı aksiyanın  tarixinin müəyyənləşməsi, aksiyanın texniki və təşkili məsələləri yenidən müzakirə edilib və bu günə qədər görülən işlər haqqında hesabat verilib. Toplantıda Mitinq Komitəsinə aksiyanın möhtəşəmliyini təmin etmək üçün xüsusi tapşırıq verilib. Bundan sonra aksiyanın vaxtının müəyyənləşməsi məsələsi müzakirəyə çıxarılıb. Hələlik razılığa gəlinib ki, MMP başqa təşkilatların yaxın vaxtlarda keçirmək istədikləri aksiyalarla növbəli şəkildə aksiyalara başlasın.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü