Modern.az

Putinin dostu Fransa prezidenti ola bilər

Putinin dostu Fransa prezidenti ola bilər

Aktual

21 Noyabr 2016, 10:45

Fransanın keçmiş prezidenti Nikola Sarkozi Respublika partiyasının daxili praymerizində prezidentliyə namizədlik şanslarını itirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Sarkozi prezidentlik yarışını keçmiş baş nazir Fransua Fiyona uduzub. Keçmiş president partiyadaşlarının 22,9%-nin dəstəyini qazanaraq ancaq 3-cü yeri tuta bilib.

 

Keçmiş baş nazir Allen Jüppe 26% səslə 2-ci, daha bir keçmiş hökumət rəhbəri Fransua Fiyon isə 44% səs yığıb.

Debatların ikinci turu 1 həftə sonra baş tutacaq. Həmin mərhələdə yalnız Fiyon və Jüppe iştirak edəcək.

 

Xatırladaq ki, Fransua Fiyon Vladimir Putinin yaxın dostudur və onlar bir-birinə “sən” deyə müraciət edirlər. Respublika partiyasının namizədi prezidentliyə əsas namizəd sayılır.

 

 Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü