Modern.az

Bu ştat ABŞ-dan ayrılmaq istəyir

Bu ştat ABŞ-dan ayrılmaq istəyir

Aktual

22 Noyabr 2016, 14:57

Kaliforniya ştatının ABŞ-dan ayrılması ilə bağlı referendum keçirilə bilər. Bu barədə şəhər sakinləri ştat prokurorluğuna müraciət ediblər

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, referendumun təşəbbüskarını “Yes California” hərəkatı irəli sürüb. Fəallar onların təşəbbüsünün “Calexit: Kaliforniyanın müstəqilliyi ilə bağlı 2019-cu ilin plebissiti” adı altında qeydiyyata alınmasını istəyirlər.

 

Ərizənin qeydiyyatından sonra onlar referenduma dəstək imzaları toplayacaqlar. Təşəbbüskarların sözlərinə görə, onlar artıq 13 min toplayıblar.

 

Hərəkatın həmtəsisçisi və vitse-prezidenti Markus Ruis Evans bildirib ki, referendumun keçirilməsi haqda məsələnin gələn il qaldırılması planlaşdırılırdıq.

 

“ Lakin Donald Trampın seçkilərdə qalib gəlməsi onları bu prosesi sürətləndirməyə məcbur edib. Bütün bunlar realdır. Biz Kaliforniyanın müstəqillik əldə etməsinə görə səsvermənin 2019-ci il martın 13-də keçiriləcəyinə ümid edirik”.

 

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü