Modern.az

“Parlamentin ən çox söyülən deputatları mən, Fazil Mustafa və Hadı Rəcəblidir”

“Parlamentin ən çox söyülən deputatları mən, Fazil Mustafa və Hadı Rəcəblidir”

Aktual

29 Noyabr 2016, 17:14

“Bu gün Azərbaycan parlamentinin ən çox söyülən deputatları mən, Fazil Mustafa və Hadı Rəcəblidir. Mənim atamın goruna sosial şəbəkələrdə 932 nəfər söymüşdü”.

Modern.az-ın xəbərinə görə, bu sözləri deputat Aqil Abbas Azərbaycanda internet informasiya ehtiyatında saxta istifadəçi ad və ya hesablardan istifadə edərək böhtan və təhqirlərə yol verməyin cinayət məsuliyyəti sayılması barədə Cinayət Məcəlləsinə nəzərdə tutan dəyişikliyin müzakirəsi zamanı deyib.

A.Abbas bildirib ki, deputat maaşlarının artırılması ilə bağlı verdiyi açıqlamaya görə onu təhqir edirlər:

“Tahir Kərimli deyir ki, deputat maaşı alanda utanıram. Ay başına dönüm, niyə utanırsan ki, əziyyət çəkib işləyirsən, maaş alırsan da... “Maaşım çoxdur” deyən deputatların maaşını azaldın da… Ay deputatlar, siz Allah bu jurnalistlərdən az qorxun. Bu gün sosial şəbəkələrdə ciddi şəkildə təhqir və böhtan var”.

Spiker Otay Əsədov isə Aqil Abbasın çıxışına bu cür reaksiya verib: “ Mən burda baxıram ki, Aqil Abbasın çıxışını Hadı Rəcəbli alqışlayır. Mən Hadı Rəcəblinin özünə də demişəm ki, müsahibə verəndə baxın hansı jurnalistə və hansı saytalara müsahibə verirsiniz. Bir çoxlarınız müsahibə vermək üçün sinov gedirsiz. Gündəmdə qalmaqdan ötrü hara gəldi müsahibə verirsiniz. Müsahibə verdiyiniz saytlara yaxşı baxın”.

 

 Ağa AKİFOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü