Modern.az

İşığın qiymətindəki artım qərarı qüvvəyə mindi

İşığın qiymətindəki artım qərarı qüvvəyə mindi

İqtisadiyyat

1 Dekabr 2016, 08:59

Tarif (qiymət) Şurasının elektrik enerjisinin qiymətində etdiyi artımla bağlı qərarı bu gündən qüvvəyə minib.

Modern.az-ın məlumatına görə, Tarif Şurasının 28 noyabr 2016-cı il tarixli qərarı ilə əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün 1 kilovat-saata görə 7 qəpik, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Bu qərar 2016-cı il 1 dekabr tarixindən qüvvəyə minib.

Tarif Şurasında hesab ediblər ki, əhali abonentlərinin 72%-nin aylıq istehlak həcmi 250 kilovat-saatdan azdır.

“Bu baxımdan, diferensial tariflərin tətbiqinin həmin abonentlərə, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsiri olmayacaqdır”,-deyə Tarif Şurası bəyan edib.

Qeyd edək ki, tarif Şurası təbii qazın satış qiymətini də artırıb. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün 1 kubmetr ə görə 10 qəpik, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.

Tarif Şurasında hesab ediblər ki, əhali abonentlərinin 62%-nin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır və diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.

Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.



Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü