19 yanvar 2018, Cümə
Ana Səhifə - ÖLKƏ - Namiq Abbasovdan MTN-də qardaşına işgəncə verilməsi xəbərinə sərt REAKSİYA
Namiq Abbasovdan MTN-də qardaşına işgəncə verilməsi xəbərinə sərt REAKSİYA
06.12.2016, 14:40

Keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun qardaşı Rafael Abbasovun  ləğv edilmiş MTN-in keçmiş rəhbərliyinin formalaşdırdığı mütəşəkkil cinayətkar qruplaşma tərəfindən oğurlanması  və aylarla məruz qaldığı işgəncə nəticəsində ölməsi xəbəri yayılıb.

 

Bu sensasiyalı məlumatı hazırda Avropada mühacirətdə olan keçmiş MTN zabiti Ramin Nağıyev contact.az-a müsahibəsində deyib.

 

1995-2004-cü illərdə  Azərbaycanın milli təhlükəsizlik naziri olmuş Namiq Abbasov Modern.az-a açıqlamasında qardaşı barədə yayılan xəbərlərə aydınlıq gətirib.

 

“Qardaşım Rafael Abbasovun Eldar Mahmudovun  bandası tərəfindən oğurlanaraq işgəncələrə məruz qalması barədə yayılan xəbərlər cəfəngiyatdır. O vaxtlar “Montin” tərəflərdə bir evimiz vardı. Orada yaşayırdıq. Qardaşım Rafael Abbasov bir dəfə ya tramvaya minəndə, ya da düşəndə -dəqiq yadımda deyil - ayağından zədə almışdı. Həmin vaxt həkimə də aparmışdıq. Bu hadisədən  sonra Rafael Abbasov düz 11 il yaşayıb. 2005-ci ildə 51 yaşında vəfat edib. Vəfat edəndə də elə ciddi xəstəliyi olmayıb”.

 

Namiq Abbasov, keçmiş MTN zabiti  Ramin Nağıyevlə tanışlıq məsələsinə də toxunub.

 

“Ramin Nağıyev də o zamankı MTN-də olan çoxsaylı əməkdaşlardan biri olub. Onu da tanımışam. Amma bu cür həqiqəti əks etdirməyən informasiyaların hansı səbəbə görə yayılması çox maraqlıdır. Həmçinin, qardaşımın tikinti biznesi ilə məşğul olması, “Qanlıgöl”ün ətrafında çoxsaylı binalar inşa etməsi də yalandır.  Ola bilsin ki, bu cür xəbərlərin ildırım sürətilə mətbuatda yayılması  bir təxribatdır”

 

Qeyd edək ki, Ramin Nağıyev müsahibəsində bunları deyib. 

 

“Oğurlananlardan 20-yə yaxınının adları o dövrün mətbuatında dərc edilib. Onların arasında keçmiş milli təhlükəsizlik naziri Namiq Abbasovun qardaşı Rafael Abbasov da var idi. Lakin bu barədə indiyədək heç kim danışmayıb. Oğurlanandan sonra 6 ay ərzində Rafaeli zirzəmidə saxlayıb işgəncə veriblər. Nəticədə onun ayağında qanqrena yaranıb. Azad olunandan sonra göstərilən tibbi müdaxiləyə və aşağı ətraflarının kəsilməsinə baxmayaraq Rafael Abbasov bir müddət sonra vəfat etdi".

Keçmiş MTN zabiti deyir ki, oğurlananların bir qismi indiyədək qorxularından başlarına gələnləri danışmağa cəsarət etmir. O cümlədən bir vaxtların qüdrətli milli təhlükəsizlik naziri Namiq Abbasov da qorxusundan susur.

 

Namidə BİNGÖL

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
DİN çobanın güllələnməsi haqda məlumat yaydı   
19.01.2018, 11:34

DİN çobanın güllələnməsi haqda məlumat yaydı  

Bakı Ali Neft Məktəbi şəhidləri yad etdi
19.01.2018, 11:34

Bakı Ali Neft Məktəbi şəhidləri yad etdi

Bakcell və PwC-dən qayğıya ehtiyacı olan uşaqlara dəstək   
19.01.2018, 11:31

Bakcell və PwC-dən qayğıya ehtiyacı olan uşaqlara dəstək  

Baş redaktorlar Dilçilik İnstitutuna etiraz etdilər
19.01.2018, 11:28

Baş redaktorlar Dilçilik İnstitutuna etiraz etdilər

Aydın Əliyevdən Gömrük Komitəsi ilə Vergilər Nazirliyinin birləşəcəyi xəbərinə REAKSİYA
19.01.2018, 11:24

Aydın Əliyevdən Gömrük Komitəsi ilə Vergilər Nazirliyinin birləşəcəyi xəbərinə REAKSİYA

Bakıda banka basqın edən silahlı şəxs tutuldu - FOTOLAR
19.01.2018, 11:21

Bakıda banka basqın edən silahlı şəxs tutuldu - FOTOLAR

Zəhranın ailəsi abidə qoyulmasına razı olmayıb   
19.01.2018, 11:17

Zəhranın ailəsi abidə qoyulmasına razı olmayıb  

Bakıda daha bir marşrutun hərəkət sxemi dəyişdirildi
19.01.2018, 11:13

Bakıda daha bir marşrutun hərəkət sxemi dəyişdirildi

ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi tarix AÇIQLANDI
19.01.2018, 11:11

ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi tarix AÇIQLANDI

Lələtəpədə şəhid olmuş komandir - Ziya Həsənov doğulacaq körpəsinin üzünü görə bilmədi - FOTOLAR   
19.01.2018, 11:00

Lələtəpədə şəhid olmuş komandir - Ziya Həsənov doğulacaq körpəsinin üzünü görə bilmədi - FOTOLAR  

Deputatdan idman zalı işlədənlərə XƏBƏRDARLIQ: “Sağlamlıq kağızı” tələb olunmalıdır
19.01.2018, 10:37

Deputatdan idman zalı işlədənlərə XƏBƏRDARLIQ: “Sağlamlıq kağızı” tələb olunmalıdır

20 yanvar gecəsini “Semaşko”a keçirən HƏKİM: “200 yaralıdan 15-ni xilas edə bilmədik”
19.01.2018, 10:23

20 yanvar gecəsini “Semaşko”a keçirən HƏKİM: “200 yaralıdan 15-ni xilas edə bilmədik”

Sarkisyan prezidentliyə namizədini bu gün elan edəcək
19.01.2018, 10:06

Sarkisyan prezidentliyə namizədini bu gün elan edəcək

“Əskər” və “alğı-satqı” sözlərinin doğurduğu TƏHLÜKƏ - Minlərlə dərs kitabı, testlər yenidən YAZILMALIDIR
19.01.2018, 10:00

“Əskər” və “alğı-satqı” sözlərinin doğurduğu TƏHLÜKƏ - Minlərlə dərs kitabı, testlər yenidən YAZILMALIDIR

Qadağan olunmuş yerlərdə siqaret çəkənləri cərimələmək səlahiyyəti İKİ NAZİRLİYƏ verildi   
19.01.2018, 09:47

Qadağan olunmuş yerlərdə siqaret çəkənləri cərimələmək səlahiyyəti İKİ NAZİRLİYƏ verildi  

“Azərişıq”a bir ildə 140 min müraciət edilib
19.01.2018, 09:42

“Azərişıq”a bir ildə 140 min müraciət edilib

Fazil Məmmədovun Vergilər Nazirliyindəki şəkillərinə əl vurulmur...   
19.01.2018, 09:34

Fazil Məmmədovun Vergilər Nazirliyindəki şəkillərinə əl vurulmur...  

Azərbaycanda daha 21 nəfər şübhəli saxlanılıb    
19.01.2018, 09:26

Azərbaycanda daha 21 nəfər şübhəli saxlanılıb  

Cəbhədə təxribat - Ermənilər snayperləri işə saldılar
19.01.2018, 09:23

Cəbhədə təxribat - Ermənilər snayperləri işə saldılar

Enerji içkilərinin reklamına qadağa məsələsi parlamentdə müzakirəyə çıxarılacaq
19.01.2018, 09:18

Enerji içkilərinin reklamına qadağa məsələsi parlamentdə müzakirəyə çıxarılacaq

Qətliama şahidlik etmiş “Şamaxinka” sakinləri: “Bir gecədə əliyalın əhalini qırıb getdilər”
19.01.2018, 09:12

Qətliama şahidlik etmiş “Şamaxinka” sakinləri: “Bir gecədə əliyalın əhalini qırıb getdilər”

Universitetlərdə qış imtanahları yarıya çatdı - Hansı ali məktəbdə narazlıq BÖYÜKDÜR...   
19.01.2018, 09:04

Universitetlərdə qış imtanahları yarıya çatdı - Hansı ali məktəbdə narazlıq BÖYÜKDÜR...  

Avtomobil qatarla toqquşdu: 5 ölü, 10 yaralı
19.01.2018, 08:52

Avtomobil qatarla toqquşdu: 5 ölü, 10 yaralı

Azərbaycan Gömrük İttifaqı ölkələrinə at əti ixrac edəcək
19.01.2018, 08:45

Azərbaycan Gömrük İttifaqı ölkələrinə at əti ixrac edəcək

Manatın bugünkü MƏZƏNNƏSİ
19.01.2018, 08:42

Manatın bugünkü MƏZƏNNƏSİ

“Xəstəxana  xarab, dərman tapılmır, fəhlə aclıqdan xəstələnir” - Rəsulzadənin parlamentdəki üsyanı
19.01.2018, 01:04

“Xəstəxana  xarab, dərman tapılmır, fəhlə aclıqdan xəstələnir” - Rəsulzadənin parlamentdəki üsyanı

ATƏT XİN rəhbərlərinin görüşü barədə bəyanat yaydı
19.01.2018, 00:46

ATƏT XİN rəhbərlərinin görüşü barədə bəyanat yaydı

Paytaxtda avtobus qəzası
19.01.2018, 00:30

Paytaxtda avtobus qəzası

Xanımı ilə birgə vuruşan, təyyarədə partladılan Cümhuriyyət zabitinin faciəvi həyatı
19.01.2018, 00:14

Xanımı ilə birgə vuruşan, təyyarədə partladılan Cümhuriyyət zabitinin faciəvi həyatı

Azərbaycan nefti bu gün də ucuzlaşdı
18.01.2018, 23:54

Azərbaycan nefti bu gün də ucuzlaşdı

Nazir ingiliscə Qarabağdan danışdı
18.01.2018, 23:39

Nazir ingiliscə Qarabağdan danışdı

Sonsuzluq və cinsi zəiflik problemlərinin həllində UNİKAL VASİTƏ
18.01.2018, 23:23

Sonsuzluq və cinsi zəiflik problemlərinin həllində UNİKAL VASİTƏ

Polis özünü Kürdə batırmaq istəyən qadını xilas etdi
18.01.2018, 23:09

Polis özünü Kürdə batırmaq istəyən qadını xilas etdi

Hacıqabulda ağır qəza
18.01.2018, 22:44

Hacıqabulda ağır qəza

Qatarın üstünə çıxan yeniyetməni "tok" vurdu
18.01.2018, 22:29

Qatarın üstünə çıxan yeniyetməni "tok" vurdu

ARXİV
SORĞU
Aylıq məvacibinizi ən çox nəyə xərcləyirsiniz?
- Ərzağa(56.0%)
- Geyimə(3.21%)
- Müalicəyə(5.35%)
- Kommunal xidmət haqlarına(12.5%)
- Təhsilə(2.5%)
- İstirahətə(1.07%)
- Kitaba(1.07%)
- Rüşvətə(4.64%)
- Əyləncəyə(0.71%)
- Digər şeylərə(12.8%)