Modern.az

“Sənin qanını içərəm...” – Yol polisi əməkdaşı, VİDEO

“Sənin qanını içərəm...” – Yol polisi əməkdaşı, VİDEO

Aktual

12 Dekabr 2016, 22:42

Bakıda yol polisi ilə vətəndaşlar arasında mübahisə yaranıb. Modern.az saytı xəbər verir ki, Publika.az-ın məlumatına görə, bununla bağlı videonu sosial şəbəkələrdə Rizvan Nuriyev adlı istifadəçi paylaşıb.

Videodan da göründüyü kimi, 99 YP 463 dövlət nömrə nişanlı patrul avtomaşınında xidmət aparan yol polisi əməkdaşı vətəndaşlarla mübahisə edir, onlara qarşı nalayiq ifadələr işlədir. Hətta vətəndaşlardan birinə “sənin qanını içərəm, itil burdan” deyərək onu itələyir.

 

Yaşlı qadınlar onları sakitləşdirməyə çalışsa da, polis əməkdaşı onların da yanında küçə söyüşləri söyür. Mübahisənin nədən baş verdiyi barədə məlumat verilmir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü