Modern.az

Yeni avtobus dayanacaqları bu ünvanlarda

Yeni avtobus dayanacaqları bu ünvanlarda

Aktual

13 Dekabr 2016, 10:14

 


“Aparılan araşdırmalar nəticəsində məlum olub ki, Bakı şəhərində bir sıra ərazilərdə avtobus dayanacaq məntəqələrinin yerləşmə məsafələri standartlara uyğun olmamaqla yanaşı, mövcud avtobus dayanacaq məntəqələrinin bir çoxunda müvafiq olaraq yol nişanları quraşdırılmayıb”.

 

Bu haqda Modern.az-a Bakı Nəqliyyat Agentliyi İctimai əlaqələr və maarifləndirmə şöbəsininəməkdaşı Mais Ağayev bildirib.

 

Onun sözlərinə görə, vətəndaşların və daşıyıcıların müraciətlərinə və aparılan təhlillərə əsasən, paytaxtın müxtəlif ərazilərində artıq 26 dayanacaq nişanı yerləşdirilib:

“Hazırda bu proses davam etməkdədir. İlin sonuna kimi 75 belə nişanın quraşdırılması nəzərdə tutulub. Sərnişinlər nişanlardakı məlumat löhvələri vasitəsilə məntəqənin ünvanı, dayanacaqda sərnişinlərə xidmət edən marşrutların nömrələri, onların keçdiyi dayanacaq məntəqələrinin adları, intervalları, ilk və son avtobusun dayanacaqdan keçmə vaxtı barədə məlumat ala biləcəklər”.

 

Nişanların qurşadırılması prosesi çərçivəsində 8 ünvanda yeni avtobus dayanacağı da müəyyən edilib. Həmin ünvanları da təqdim edirik.

  1. Mətbuat pr. 37a
  2. Mir Cəlal küç. 174
  3. Mir Cəlal küç. 276
  4. Mir Cəlal küç. 326
  5. Ziya Bünyadov pr. 65
  6. Ziya Bünyadov pr. 98

7. Təbriz küç. 30 və yolun əks istiqamətində.

Gülşən RAUFQIZI

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü