19 fevral 2017, Bazar
Ana Səhifə - MƏDƏNİYYƏT - Azərbaycan turizminin strateji inkişaf planı AÇIQLANDI
Azərbaycan turizminin strateji inkişaf planı AÇIQLANDI
17.12.2016, 14:48

Azərbaycanın turizm sektorunun inkişafı üzrə dörd əsas hədəf müəyyənləşdirilib.

Modern.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə deyilir.

 

Qeyd olunur ki, bu sektor üzrə uzunmüddətli perspektivə nail olmaq məqsədilə 2020-ci ilədək olan dövr üçün ölkə üzrə turizm sektorunda dörd əsas hədəf müəyyənləşdirilib. Birinci hədəf Bakının turizm potensialından tam istifadə etməkdir. Hazırda Bakı şəhəri daha yaxşı inkişaf etmiş infrastruktura malik olmaqla, çoxsaylı xarici turistlərin marağını cəlb etməkdədir. Bu istiqamətdə müəyyənləşdirilmiş dörd prioritet Azərbaycanın bu perspektivə nail olmasına imkan verəcəkr. Potensialdan daha səmərəli istifadə məqsədilə xüsusi idarəetmə mexanizminin yaradılması, məlumatlılığın daha da artırılması, turist xidməti paketlərinin yenilənməsi, müxtəlif turizm fəaliyyət növlərinin səmərəli təbliği və turizm infrastrukturunun məqsədyönlü inkişafı nəzərdə tutulur.

Yol xəritəsində bildirilir ki, ikinci hədəf milli səviyyədə daha yaxşı idarəetmənin təşkili, turizm və rekreasiya zonalarının yaradılması, mövsümiliyin aradan qaldırılması üçün regional səviyyədə turizm infrastrukturunun inkişafı, hava əlaqələrinin yaxşılaşdırılması, viza prosedurlarının sadələşdirilməsi də daxil olmaqla, turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılmasıdır. Üçüncü hədəf regional turizm təşəbbüslərini həyata keçirməklə Azərbaycanda turizmi inkişaf etdirməkdir. Belə ki, daha yaxşı inteqrasiya olunmuş turizm sektoruna nail olmaq üçün sağlamlıq, qış və ekoturizm kimi turizm növlərinin inkişafına investisiya qoyuluşları həyata keçiriləcək.

 

Dördüncü hədəf isə turizm sahəsində təhsil proqramlarına investisiya qoyuluşunu həyata keçirməkdən və turistlərin məmnunluğunu artırmaq üçün standartlaşdırma və sertifikatlaşdırma sistemini təkmilləşdirməkdən ibarətdir.

2020-ci ilədək olan dövr üçün müəyyən edilmiş hədəflərin reallaşması nəticəsində Azərbaycanda 2020-ci ildə real ÜDM-in birbaşa 293 milyon və dolayı 172 milyon manatadək artacağı, cəmi 35 min olmaqla bilavasitə turizm sektorunda 25 min iş yerinin yaradılacağı proqnozlaşdırılır. Təsirin gerçəkləşdirilməsi dövlət-özəl resursları hesabına 350 milyon manat həcmində investisiya qoyuluşunu tələb edir.

 

Turizm sahəsində görülən işlər nəticəsində Azərbaycanın dünya turizm sektorunda ən çox üstünlük verilən 20 turizm məkanından biri olacağı gözlənilir.

 

Strateji Yol Xəritəsində qeyd edilib ki, Azərbaycan üçün Körfəz regionu və MDB ölkələri kimi kütləvi turizm mənbələri Körfəz regionu sayılır.  MDB üzvü olan Orta Asiya ölkələri və digər kütləvi turizm mənbələrinin hər birindən Azərbaycana 2014-cü ildə 20000 nəfərdən az turist gəlib. Lakin bu cür tələb bazarlarından hər biri Azərbaycanda turizm sektorunun genişləndirilməsi baxımından unikal imkanlar təklif edir. Kütləvi turizm  ölkələri blokundan 2014-cü ildə xaricə ümumilikdə 450–500 milyon turist səfəri olub və bu cür ölkədən gedən turistlərin ümumi sayında illik 4,2faiz artım müşahidə edilib. Körfəz regionu ölkələrinin vətəndaşları üçün havalimanında viza rəsmiləşdirməsi təcrübəsinin tətbiqinə başlanıldıqdan sonra həmin ölkələrdən Azərbaycana gələn turistlərin sayında ciddi artım müşahidə edilib.

 

Məsələn, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayı 2014-cü ildə 821 nəfər olduğu halda, 2016-cı ilin doqquz ayında 38931 nəfərədək artıb. Bundan əlavə, İraqdan gələn turistlərin sayında son dövrlərdə müşahidə olunan artımı da qeyd etmək olar. Bu trend Qərbdə yerləşən bir çox inkişaf etmiş turizm məntəqələrinə nisbətən yaxın məsafədə yerləşən Azərbaycan üçün belə bazar potensialının olduğunu göstərir. Bir sıra ümumi ənənələrə, tarixi və mədəni cəhətlərə malik olan regionların bir çox ölkəsi üçün Azərbaycan ixtisaslaşmış turizmdə (ən çox tələbatın olduğu sahə) mərkəz rolunu oynaya bilər. MDBölkələri də Azərbaycan üçün buna bənzər unikal imkanlar təklif edir. MDBölkələri ilə Azərbaycanı bir çox ortaq tarixi-mədəni dəyərlərin birləşdirməsi, Azərbaycanın turizm təklifləri barədəhəmin ölkə vətəndaşları daha yaxşı məlumatlandırıldığı təqdirdə, ölkəyə çoxlu sayda potensial turistlərin cəlb edilməsinə səbəb ola bilər. Əsas əhali mərkəzləri Azərbaycan üçün mühüm turizm tələbi məkanlarıdır. Heydər Əliyev Beynəlxalq HavaLimanından Körfəz regionuna, Asiya və Avropanın 26 əsas şəhərinə uçuş məsafəsi qısamüddətlidir. Hazırda Bakı bu şəhərlərdən mümkün turist sayı ümumilikdə 60 milyona yaxın olan 13-ü ilə birbaşa havaəlaqəsinə malikdir.Havayolu ilə bir saatdan az məsafədə yerləşən İranın Təbriz şəhəri də daxil olmaqla, digər 13 şəhərlə havaəlaqəsinin qurulması qısa uçuş məsafəsində yaşayan 30 milyon insanın da cəlb edilməsinə səbəb ola bilər.

 

 

Bundan əlavə, İranda Təbriz və Ərdəbil, Rusiyada Mahaçqala, Gürcüstanda Tbilisi kimi dörd əsas metropolis şəhər Bakıdan avtomobillə təxminən yeddi saatlıq məsafədə yerləşir. Bu dörd metropolis şəhərin əhalisi ümumilikdə 3,7 milyon nəfərdir və onlar Azərbaycan üçün potensial turistlər hesab edilə bilər.

 

 

2025-ci ildən sonrakı dövr üçün hədəf baxış Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdiyi 20 turizm məkanından birinə çevirmək və mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimallaşdırılmasına nail olmaqdır. Bu məqsədlə əsas tələbatın olduğu şəhər və ölkələrdə, eləcə də məşhur onlayn platformalarda yüksəkhədəfli və yaxşı tənzimlənən marketinq tədbirlərinə başlanacaq. Uzunmüddətli perspektivdə Azərbaycanın səyahətçilər üçün regional qovşağa (“hub”) çevrilməsi məqsədilə logistik infrastrukturun bu üstünlüyündən istifadə ediləcək. Liberallaşdırılmış və rəqabətli aviasiya sektoru sayəsində 8 milyondan artıq sərnişini qəbul edə və yola sala biləcək təbii uçuş zonasına çevirmək hədəfi müəyyən olunub. Bu, Heydər Əliyev adına Beynəlxalq HavaLimanı vasitəsilə sərnişin nəqliyyatının hazırkı səviyyəsini təxminən dörd qat artırmaqla Bakını həm işgüzar, həm də istirahət məqsədilə gələn turistlər üçün tranzit dayanacaq məntəqəsinə çevirəcək. Hava nəqliyyatı əlaqəsindən başqa, Azərbaycan uzunmüddətli perspektivdəölkədə yüksəksürətli qatar və avtomobil yolu şəbəkəsinin də inkişaf etdirilməsinə başlanacaq. Xarici turistləri cəlb etmək məqsədilə qonşu ölkələrlə, məsələn, İranla dəmir yolu əlaqəsi gücləndiriləcək, turistlərin ölkə daxilində şəhərdaxili və şəhərlərarası rahat hərəkətinin təmin edilməsi üçün dəmir yolu və avtomobil yolu şəbəkəsi, eləcə də metro sistemi yaxşılaşdırılacaq.

 

 

Ölkəyə gələn turistlərin yalnız öz ilkin təyinat məntəqəsində qalması deyil, fərqli şəhərlər və ya xüsusi nəzərdə tutulmuş səyahət marşrutları ilə hərəkəti təmin ediləcək.

 

Ölkəyə gələn əlavə turist axınını nəzərə alaraq, fərqli turist seqmentlərindən olan tələbatı qarşılamaq məqsədilə Azərbaycanın yaşayış və xidmət infrastrukturu da gücləndiriləcək. Bunun tərkib hissəsi kimi, Azərbaycan aşağı büdcəli hostellərdən, yataq və səhər yeməyi təklif edən yerləşdirmə vasitələrindən tutmuş lüks mehmanxana və istirahət komplekslərinədək geniş çeşiddə yerləşdirmə imkanlarına malik olacaq. Azərbaycanda turistlərə aşağı büdcəli yerləşdirmə vasitələri təklif etmək məqsədilə Turizm Şurasının təhlilləri və araşdırmaları ilə formalaşan turizm davranış xəritəsi əsasında mehmanxanaların yerləşdirilməsi təmin ediləcək. Xəzər dənizi də ölkənin turizm sektoruna təkan vermək potensialına malikdir. Bu istiqamətdə turistlər üçün cəlbediciliyi artırmaq məqsədilə çimərliklərə beynəlxalq təcrübədə olduğu kimi mavi bayraq nişanının verilməsi üzrə səylər genişləndirilərək, Xəzər dənizinin region daxilində ən çox üstünlük verilən yay turizm məkanına çevrilməsi ilə bağlı tədbirlər görüləcək.

 

Həm də qonşu ölkələrə gedən turistlər üçün müvəqqəti dayanacaq məkanı kimi bir günlük və ya daha uzunmüddətli səfərlərlə Xəzər dənizində kruiz turlarının təşkilində Bakının mühüm rol oynaması qarşıya məqsəd kimi qoyulub.

 

Turizm sektoru üzrə müəyyən edilmiş on altı prioritetin həyata keçirilməsi nəticəsində Azərbaycanın real ÜDM-i 2020-ci ildə 465 milyon manat artacaq, Bakı və digər bölgələrdə prioritetlər həyata keçirilməklə, cəmi 35 min, bilavasitə turizm sektorunda isə 25 min iş yeri yaradılacaq. Bakıda mehmanxana və mehmanxana tipli müəssisələrdə xarici ölkə vətəndaşları üzrə gecələmələrin sayının 2015-ci il üzrə təxminən 0,8 milyon gecədən 2020-ci il üzrə ən azı 3,65 milyon gecəyədək artırılacaq. Hər turistin orta qalma müddətinin 2 gündən 3 günədək artırılacaq. Bakıda mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş xarici ölkə vətəndaşlarının sayının 2015-ci ildə 0,5 milyon nəfərdən 2020-ci ildə 0,9 milyon nəfərədək, yerləşdirilməyən xarici vətəndaşların sayının isə 2015-ci ildə 0,8 milyon nəfərdən 2020-ci ildə 1,5 milyon nəfərədək artırılması nəzərdə tutulub. Tədricən aşağı büdcəli gəlmə turizm göstəricisinin 265 minə çatdırılacaq. Sağlamlıq obyektlərindən istifadə göstəricisinin hazırkı 40 faiz ilə müqayisədə 65 faizədək artırılması (Naftalandakı sağlamlıq obyektlərinin istifadəsi nəzərdə tutulur) gözlənilir.

 

 

Modern.az


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
19.02.2017, 20:15

Cəlilabaddakı qəzada məktəb direktoru öldü - Yenilənib

19.02.2017, 20:01

"Qarabağ" "Qəbələ"yə məğlub oldu - Yenilənib

19.02.2017, 19:41

Somalidə partlayış: 35 ölü

19.02.2017, 18:12

Cocuq Mərcanlıya çəkilməsi planlaşdırılan yolda 120 qəlpə aşkarlanıb  

19.02.2017, 17:06

Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib.

19.02.2017, 16:58

Ramil Usubov Ukraynanın baş prokurorunu qəbul edib.

19.02.2017, 16:32

Yanvarda Azərbaycanda 164 min tonadək dizel yanacağı istehsal edilib

19.02.2017, 15:36

“Xocalıya ədalət” kampaniyasına dəstək məqsədilə silsilə tədbirlər keçiriləcək

19.02.2017, 14:57

"Türkiyə Dağlıq Qarabağda keçiriləcək "referendum"un nəticələrini əsla tanımayacaq"

19.02.2017, 13:52

"İran nüvə silahı istehsal etməyə hazırlaşmır"

19.02.2017, 13:10

İranda gərginlik: hökumət istifaya çağırıldı- FOTO, VİDEO

19.02.2017, 12:32

Xocalı sakini 1992-ci ilin 19 fevralından danışır: “Həyəcandan azad olunacağımız günü gözləyirdik”

19.02.2017, 12:04

Sabah hava necə olacaq?

19.02.2017, 12:01

ABŞ mətbuatında Ermənistanın işğalçı siyasətinə dair məqalə dərc olunub

19.02.2017, 11:10

Erməni silahlı qüvvələri atəşkəsi 37 dəfə pozub

19.02.2017, 10:29

Gəncədə çörək bişirmə sexində yanğın baş verib

19.02.2017, 09:38

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair irəliləyiş yoxdur"

19.02.2017, 01:43

Siyasətçilərin güclü görünmək üçün istifadə etdiyi gizli "silah" -  FOTO

19.02.2017, 01:09

Güclü külək Lerikdə bir sıra problemlər yaradıb

19.02.2017, 01:05

Bill Qeyts həyəcan təbili ÇALDI: “Yeni virus yaradırlar, 30 milyon insan ölə bilər”

19.02.2017, 00:41

Türkiyədə “Tarixin qara ləkəsi: Xocalı soyqırımı” adlı konfrans keçirilib - FOTOLAR

19.02.2017, 00:25

Astarada piyada vurulub

19.02.2017, 00:09

Çilidə 6,4 bal gücündə zəlzələ olub

19.02.2017, 00:04

"NATO məhv ola bilər" - Rasmussendən şok AÇIQLAMA

18.02.2017, 23:50

“Avrokuboklara vəsiqə qazanmaq şansımızı davam etdiririk"

18.02.2017, 23:32

Gəncədə yanan "Moskviç"in sürücüsü yaralanıb

18.02.2017, 23:17

"Əsas kriteriya yeni kadrların islahatlara meylli olmasıdır" - Deputat

18.02.2017, 23:02

İlham Əliyev Münhendə panel-müzakirədə iştirak edib

18.02.2017, 22:50

Polis generalı təqaüdə göndərilib

18.02.2017, 22:40

"Regional əməkdaşlıq Cənubi Qafqazda sabitliyin təməl daşlarından biridir"

18.02.2017, 22:26

"Rusiya prezidenti beynəlxalq hüququ pozub" - Pyotr Poroşenko

18.02.2017, 22:13

Dərman qiymətlərinin tənzimlənməsi qaydası dəyişdirilməyib - Tarif Şurası

18.02.2017, 22:01

Qadın ayrıldığı ərini hamamda saxlayır - VİDEO

18.02.2017, 21:48

Argentinanda 6,3 bal gücündə zəlzələ

18.02.2017, 21:34

Rusiya separatçı rejimlərin pasportlarını tanıdı

ARXİV