30 mart 2017, Cümə axşamı
Ana Səhifə - ƏDƏBİYYAT - Qacarlara son zərbəni kim vurdu: ruslar, yoxsa ingilislər?
Qacarlara son zərbəni kim vurdu: ruslar, yoxsa ingilislər?
18.12.2016, 23:02

XX əsrin əvvəllərində Rusiya və İngiltərənin Qacarlarla bağlı mövqeyləri bir çox məsələdə üst-üstə düşsə də, ancaq onlar dövlət yönətimi məsələsində tamamilə fərqli yol tuturdular. Belə ki, Rusiya Qacarlarda mütləqiyyət ya da monorxiya tərəfdarı olub Məhəmməd Əli şah Qacarın məşrutiyyəti ləğv etməsinə yardım etdikləri halda, İngiltərə özünü daha çox məşrutiyyət tərəfdarı kimi göstərərək parlamentli idarə-üsuluna dəstək verirdilər. Bu anlamda Rusiya qoşunlarının Təbrizdə məşrutiyyət tərəfdarlarını məğlub etməsi təsadüfi olmadığı kimi, eyni zamanda İngiltərənin də öz maraqlarını həyata keçirməsi yolunda mühüm bir hadisə idi. Əgər ruslar bununla da Qacarlar dövlətində Məhəmməd Əli şah Qacarın mütləqiyyətçi hakimiyyət istəyini reallaşdırmağa çalışırdılarsa da, ingilislər isə Azərbaycan Türk məşrutəçilərinin məğlubiyyətindən sonra məhz farsdilli məşrutəçilərin əliylə Məhəmməd Əli şah Qacarı taxtdan salıb Tehranda ingilispərəst hökumət qurmaq niyyəti güdürdülər.  Çünki ingilislərə görə, Təbriz hadisələrindən sonra Azərbaycan türklərinin ruslara və şaha olan nifrəti daha da dərinləşmişdir ki, Məhəmməd Əli şah Qacarın hakimiyyətdən getməsi an məsələsi idi.

Məhz bu səbəbdən idi ki, ingilislər rus qoşunlarının Təbrizi işğal edərək Azərbaycan Türk məşrutəçilərini məğlub etməsinə göz yumur və əsas diqqəti də Məhəmməd Əli şah Qacardan sonrakı hakimiyyəti istədikləri kimi formalaşdırmağa yönəldirdilər. Beləliklə, Qacarlar dövlətinin çökməsi üçün əlindən gələni edən ingilislər Azərbaycan türk mərutəçiləriylə Qacarları, yəni Məhəmməd Əli şah Qacarı üz-üzə qoymaqla əsas məqsədlərinə xeyli dərəcədə yaxınlaşmışdılar ki, 1909-cu ilin iyun-iyul aylarnda iran-farsyönlü məşrutəni gerçəkləşdirmək üçün hərəkətə keçdilər. Çox keçmədən də, yəni iyulun başlarında Tehranda ingilislərin təsiri altında iran-farsyönlü “məşrutəçilər”in öncüllüyündəki Məclisi-Milli Məhəmməd Əli şah Qacarın vəzifəsindən çıxarılıb onun yerinə oğlu Əhməd şah Qacarın seçilməsini bəyan etdilər.

Ancaq ingilislərin təzyiqilə Məhəmməd Əli şah Qacar əvvəlcə bütün bunlara razı olub taxtdan oğlu Əhməd şah Qacarın xeyrinə imtina etdiyini bəyan etsə də, az sonra rusların üst ağılıyla yenidən məşrutiyyət elan edərək şahlıqda qalmaq istədiyində bulundu. Çünki ruslar görürdülər ki, Məhəmməd Əli şah Qacardan sonra şahlıq taxtına oturdulan Əhməd şah Qacarın ətrafı əsasən ingilispərəst farssoylu, qismən də türksoylu insanlarla qapanmışdır. Belə bir durumda Məhəmməd Əli şah Qacarın şahlıq taxtında qalmasını uyğun görən Rusiyanın üst ağılıyla hərəkət edən sabiq şahın yeni məşrutiyyət elanına əvvəlcə inanaraq şadlıq edən məşrutəçilərin az sonra fikir dəyişdirərək Tehrana doğru hərəkət etmələrində ingilislərim mühüm rol oynamasına şübhə etmirik. Həmin dövrün hadisələrinin birbaşa iştirakçısı olan Məhəmməd Əmin Rəsulzadə yazırdı: “Politikanı olduğundan daha şiddətli bir surətdə görən məşrutəçilər əvvəl kərə də böylə bir iqdamə razı olmuş kimi görünüb, hər yerdə məşrutəni qəbul etmək üzrə sevinc və şadlıqlar etdilərsə də, biləxərə karet birdən-birə dəyişib inqilabçılar əldən getməkdə olan heysiyyati-milliyyələrini iadə etmək üzrə sözü bir yerə qoyub gilanlılar və isfahanlılar Tehrana hərəkət etməyə başladılar”.

Azərbaycan Türk məşrutəçilərin Təbrizdə mücadilə verdiyi dönəmdə susqun olan farsdilli gilanlı, isfahanlı “məşrutəçilər”də birdən-birə milli heysiyyətlərin nədən baş qaldırmasının, dünənə qədər Məhəmməd Əli şah Qacarın yanında olan Sipəhdarların, Bəxtiyarilərin, Yefremlərin mövqe dəyişdirmələrinin əsil mahiyyətini o zaman dərk etməyən Rəsulzadə hesab edirdi ki, bütün bu baş verənlər Məhəmməd Əli şah Qacar istibdadının yıxılıb yerinə məşrutiyyətin bərpa olunmasından başqa bir şey deyildir. Halbuki farsdilli qüvvələrin ingilislərin gizli dəstəyilə Məhəmməd Əli şah Qacarın taxtdan salıb yenidən konstitusiyalı dövlət, parlamentli ölkə statusunu bərpa etməyə çalışmaları Rəsulzadənin düşündüyü kimi, türk fars fərqi qoymadan bütün “iranlılar”, “iranlıq” üçün deyil, məhz Qacarlarda fars soyluları hakimiyyətə gətirməyə zəmin hazırlamağa görə lazım idi.

Hər halda Təbriz başda olmaqla Azərbaycanda Səttarxanın başçılıq etdiyi məşrutəni qoruma hərəkatı zamanı Məhəmməd Əli şah Qacarın yanında yer almış Gilan əyalətindən Sipəhdarın, Bəxtiyarilərdən Sərdar Əsədin, Qafqaz erməni daşnaklarının liderlərindən Yefremin və başqalarının az sona şaha xəyanət edərək “İran”, “iranlılıq” adlı maskaya bürünmüş farsdilli “məşrutəçilərə” qoşulması İngiltərə ideoloqları tərəfindən öncədən planlaşdırılmışdı. Səttarxanla Məhəmməd Əli şah Qacarın ingilislər tərəfindən oyuna gətirilərək üz-üzə qoyulmasına şübhə etməyən S.C.Pişəvəri sonralar bu məsələylə bağlı yazırdı: “Bu heç də aydın deyil ki, Yefremin dəstələri İranın azadlığı və istiqlaliyyətinə sərdare-millinin (Səttarxanın – F.Ə.) mücahidlərindən daha çox əlaqə bəsləsinlər. Yaxud Bəxtyari xanları mərkəzi hökuməti qvvətləndiməkdə Təbriz və Tehran azadixahlarından daha irəlidə olsunlar. Burada bir çox incəliklər var. Həmin incəliklər Azərbaycan mücahidlərinə əlaqə bəsləyənləri tarixçilərin, qəzetçilərin yazıları, xüsusilə klassik tarix kitablarından şübhələndirir”.

Şübhəsiz, bu məsələdə əsas “incəlik” ingilislərin öncə Azərbaycan Türk məşrutəçiləriylə Məhəmməd Əli şah Qacarı qarşı-qarşıya qoyaraq zəiflətməsi, daha sonra gücdən düşmüş, üstəlik Rusiyadan tamamilə asılı vəziyyətdə olan şahın farsdilli məşrutəçilərin əliylə devrilməsi idi. Çünki ingilislər yaxşı bilirdilər ki, Azərbaycan türk məşrutəçilərinin məqsədi şahı devirmək deyil, sadəcə məşrutəni qorumaqdır. Eyni zamanda inglislər hesab edirdilər ki, Azərbaycan Türk məşrutəçiləriylə dil tapmaq çox çətin olduğu halda, farsdilli məşrutəçilərlə anlaşıb Qacarları nüfuz dairələri altında saxlamaq daha asandır. Ona görə də, Azərbaycan türk məşrutəçilərinin Təbrizdə ruslar tərəfindən məğlub edilməsi mühüm bir şans idi ki, bunu yaxşı dəyərləndirən ingilis ideoloqlar az sonra farsdilli məşrutəçiləri dövriyyəyə soxaraq birincisi, şahı onların əliylə taxtdan salmaqla məşrutənin ya da parlamentin taleyini öz maraqlarına uyğun farsdilli qüvvələrə verdilər, ikincisi Qacarlar taxtına da formal bir Qacar şahının çıxarılmasını təmin etdilər. İngilislərin bu planını gec anlayan ruslar Məhəmməd Əli Qacarı şahlıq taxtında saxlamaq üçün yeni bir həmlə də bulunsalar da, ancaq artıq Azərbaycan türklərinin nifrətini qazanmış bir şahı Rusiyadan başqa müdafiə edən tapılmadı. Xüsusilə də, ingilislər farsdilli məşrutəçiləri dövriyyəyə gətirib onların Tehran üzərinə hərəkətə keçməsini saxlamaqla yalnız Məhəmməd şah Qacarıın taxtdan salınmasını rəsmiləşdirmədilər, eyni zamanda onun arxasında dayanan Rusiyanı, konkret Şimal imperiyasına aid Lyaxovun başçılıq etdiyi kazak alayını dörd günlük döyüşdən sonra məğlub etməklə ciddi qələbə qazanmış oldular.

Beləliklə, Qacarların belə bir ağır durumundan, yəni Azərbaycan Türk məşrutəsinin süqutundan, eləcə də Məhəmməd Əli şah Qacarın taxtdan uzaqlaşdırılmasından daha çox qazanan əvvəlcə çar Rusiyasının safında “İran irticaçıları” qılığında Məhəmməd Əli şaha xəyanət edən, az sonra İngiltərənin safında “İran məşrutəçiləri”nə çevrilib Səttarxana arxadan zərbə vuran farsdilli qüvvələrlə onların havadarları oldular.

Qacarlardan yeniyetmə Əhməd şah Qacarın şahlıq taxtına oturmasıyla əsas nüfuz üstünlüyü ingilislərin tərəfində olsa da, ancaq dünənə qədər mütləqiyyətçi Məhəmməd Əli Qacarın arxasında dayanan ruslar da özlərini məşrutəpərəst göstərməklə vəziyyətdən çıxmağa çalışırdılar. Hətta, dünənə qədər Məhəmməd Əli Qacarın xeyrinə mütləqiyyəti müdafiə edib məşrutiyyətin əleyhinə fəaliyyət göstərən, Məclisi-millini bombalayan Rusiyaya aid Lyaxovun başçılıq etdiyi kazak alayı belə Əhməd şah Qacar taxta oturduqdan sonra “məşrutiyyət polkovniki ünvanı ilə məşrutə briqadasına rəyasət edir”, “Təbriz əhrarını mühasirə edib aylarla qəhrəmanların başlarına od yağdıran” Eynüddövlə yeni hökumətdə yer alırdı. Bir sözlə,  Məhəmməd Əli şah Qacarın mütləqqiyyətçi tutumunun yanında yer alıb Səttarxan başda olmaqla Azərbaycan mərkəzli məşrutə hərəkatına qarşı döyüşən Bəxtiyarilər, Lyaxovlar, Yefremlər, Eynüddövlələr, Sipəhdarlar Əhməd şah Qacar taxta oturduqdan sonra məşrutəpərəst olub dövlətdə ya da hökumətdə yüksək vəzifə tuturdular.

“Tehranın axırıncı inqilabı böyük bir şiş peyda qılıb çirk tutub, irin bağlayan İran vərəminin operasyonudur. İranı sevən bir iranlı, vətənini əziz tutan bir şəxs, bir inqilabçı, haman bu operasyon olmazsa İranın daima azarlı, qızıdırmalı qaldığını əlaniyyə gördüyündən edə bilməzdi ki, böylə bir operasyonu cani-dil ilə istəməsin”- deyən, Rəsulzadə belə vaxtilə məşrutiyyət əleyhdarlarının indi məşrutəpərəst olub yüksək vəzifələr tutmasına isə bir anlam verə bilmirdi: “İndi hər kəs məşrutəpərəstlik qılığına girmiş ifadeyi-hürriyyət satıyor. Bazar rəvacdır, fürsətdən istifadə ediyor. İndi əhval böylə bir surət almışdır; məşrutəpərəst haradan başlayıb, müstəbid nərədə qurtardığı məlum deyildir. Hamısı biri-birinə qarışıb məzhıb itmişdir. Məhəmmədəli şah vəzifəsindən istefa vermiş, amma Məhəmmədəli şahı saxlayan ictimai qüvvə təsfiyyə olunmamışdır. İstibdad sınmış, amam ona təravət verməkdə olan qabığı üzülməmişdir”.

Rəsulzadə hesab edirdi ki, əgər bu doğrudan da bir inqilabdırsa, yəni istibdadın yıxılıb onun yerinə məşrutiyyətin qurulmasıdırsa, o zaman əski istibdadçıların məşrutəpərəst qılığına girib yeni hökumətə ya da dövlətdə yer almalarına izin verilməməlidir. Ancaq Tehranı əli keçirib Əhməd şah Qacarı taxta oturdan “inqilabçılar” lyaxovları, eynüddövlələri, nürüddövlələri və başqalarını təmizləmək əvəzinə “İran kompromisindən”, “güzəştkar olmaqdan” bəhs edirdilər. Çünki “İran kompromisindən”, “güzəştkarlıqdan” bəhs edən “İran inqilabçıları”nı düşündürən lyaxovların, eynüddövlələrin, nürüddövlələrin, yefremlərin və başqalarının təmizlənib ya da təmizlənməməsi deyil, Qacarları tamamilə devirmək üçün ingilislərlə ruslardan, eləcə də digər antitürk qüvvələrdən yardım ala bilmək idi. Bunun üçün də, “İran inqilabçıları” qılığına girmiş farsdilli qüvvələr əsas diqqəti Əhməd şah Qacarın formal şahlığı dövründə Məslisi-Millidə və yeni hökumətdə hakim qüvvəyə çevrilməyə yönəltmişdilər. Bunu həyata keçirməkdən ötəri də, farsdilli qüvvələr ortaq vətən və ortaq ideya kimi “İran” və “iranlılıq” anlayışlarını ortaya ataraq, türkləri oyuna gətirməyə çalışırdılar. “İran kompromisi” adı altında da  “İran” və “İranlılıq” naminə, vaxtilə Tehran Məclisi-millisini, Təbriz məşrutəsini bombalayanlarla bir araya gəlməyin, hətta onlara dövlətdə vəzifələr verilməsinin mümkünlüyündən bəhs edirdilər.

Əslində “İran kompromisi” adı altında bağışlanaraq yüksək vəzifə tutanlar yalnız farsdilli qüvvələrin havadarları və ətrafi idi. Belə ki, Gilandan, İsfahandan öncə və birinci olaraq məşrutəni qoruyan, məşrutə əleyhdarlarına qarşı mübarizə aparan Azərbaycan türkləri farsdilli  məşrutəçilər üçün etibarsız sayılırdılar. Başqa sözlə, vaxtilə Təbrizdə baş qaldıran məşrutəni qoruma hərəkatına düşmən kəsilərək məşrutə əleyhinə mübarizə aparanlar Əhməd şah Qacar taxta oturduqdan sonra məşrutəpərəstə çevrilib Azərbaycan türk məşrutəçilərini isə qəbul etmək istəmirdilər. Ona görə də, Məhəmməd Əli şahın devirlməsindən bir müddət sonra “İran məşrutəçiləri”nə çevrilən farsdilli qüvvələr havadarlarının dəstəyilə 1910-cu ilin martında Azərbaycan türk məşrutəçilərinin tərk-silah edilməsi adı altında hərəkatın liderləri Səttarxanla, Bağırxanı Tehrana dəvət edərək heç bir əsas olmadan xəyanətə əl atdılar.


Dos., Dr. Faiq Qəzənfəroğlu


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
30.03.2017, 12:37

Öpüşün möcüzəsi və faydası, amma metroda yox...

30.03.2017, 12:35

Azərbaycanda dollar dəyişmək üçün ən sərfəli BANKLAR – SİYAHI

30.03.2017, 12:29

Harvard universitetinin məzunu UNEC tələbələrinə ustad dərsi keçib

30.03.2017, 12:28

Qanun layihəsi Milli Məclisdə etiraza səbəb oldu: “Bu, bir il haradan götürüldü?”

30.03.2017, 12:21

“Banklar haqqında” qanun dəyişir: Palata sədri təfərrüatları AÇIQLADI

30.03.2017, 12:13

“Ermənistanda doğulan gənclər Qarabağda ölmək istəmirlər” - MÜSAHİBƏ

30.03.2017, 12:04

Tramp Çin liderini qəbul edəcək

30.03.2017, 11:58

NATO Moldovada nümayəndəlik açır

30.03.2017, 11:52

İslam Oyunlarına gələcək ölkələrin nəqliyyat xərclərini Azərbaycan ödəməyəcək

30.03.2017, 11:50

İnsanlar niyə öpüşür? – ELMİ İZAH

30.03.2017, 11:32

İnsan əzablarının pula çevrilməsi

30.03.2017, 11:24

Ermənilər Əsgəran qalasının təmirinə başlayıb - FOTOLAR

30.03.2017, 11:20

Azərbaycanlı tələbə erməni müəllimi necə işdən qovdurdu - TƏFƏRRÜAT

30.03.2017, 11:15

Bakı Ali Neft Məktəbi beynəlxalq forum keçirəcək

30.03.2017, 11:07

Keçmiş deputatlar nə işlə məşğuldurlar…

30.03.2017, 11:03

Rezonans yaradan JURNALİST: “Onlar metroda öpüşürdülər...” 

30.03.2017, 10:54

Trampın sərəncamı Azərbaycan vətəndaşlarına şamil olunur? – Səfirlikdən AÇIQLAMA

30.03.2017, 10:46

Dövlət İmtahan Mərkəzindən abituriyentlərə müraciət

30.03.2017, 10:38

Gömrükçülər 15 mindən çox aksiz markasız siqaret müsadirə etdi

30.03.2017, 10:02

Məmurların zəbt etdikləri torpaqların araşdırılması üçün Dövlət Komissiyası yaradılsın

30.03.2017, 09:39

Cəbhədən son XƏBƏR: atəşkəs 143 dəfə pozuldu

30.03.2017, 09:33

Bakıda avtomobil piyadanı vurub öldürdü

30.03.2017, 09:30

Ermənistan 4 tərəfdən hücuma keçdi, Surət qoşunu Gəncəyə qaytardı, Rəhim oyun oynadı, Kəlbəcər işğal edildi - ŞAHİD DANIŞIR

30.03.2017, 09:29

İbtidai sinif dərsliklərindən lazımsız məsələlər çıxarılacaq

30.03.2017, 09:18

Bakıda ər arvadının başını kəsib

30.03.2017, 09:17

Dollar yenə BAHALAŞDI

30.03.2017, 01:14

Rusiya Qarabağı meydanın Moskvaya aid hissəsinə aparıb, Suriya kimi  

30.03.2017, 01:06

Qarabağ qazisi: "Rəsul Quliyev "Meydan TV”yə oxşayır"

30.03.2017, 00:52

“Elektron ipoteka” sistemində yenilik

30.03.2017, 00:34

İraqda partlayış: 13 ölü

30.03.2017, 00:19

Nikah şəhadətnaməsi ilə də maşın sürmək olar

30.03.2017, 00:02

Banka borcu olan Şəki sakini intihar etdi

29.03.2017, 23:49

ABŞ-da terror törədilə bilər  - İDDİA

29.03.2017, 23:34

Rusiyanın qadağası Bakıda ucuzluq yaratdı - VİDEO

29.03.2017, 23:21

Türkiyədə booking.com-un fəaliyyəti dayandırılır

ARXİV
SORĞU
Hansı ali məktəb daha yaxşı təhsil verir?
Prezident Yanında Dövlət İdarəçilik Akademiyası(3.89%)
Azərbaycan Dövlət İqtisad Universiteti(6.16%)
Bakı Dövlət Universiteti(17.5%)
Bakı Ali Neft Məktəbi(1.29%)
Azərbaycan Dillər Universiteti(49.3%)
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti(2.59%)
Azərbaycan Texniki Universiteti(2.27%)
Azərbaycan Tibb Universiteti(2.27%)
Bakı Slavyan Universiteti(1.94%)
Azərbaycan Dövlət Pedaqoji Universiteti(12.6%)