Modern.az

Səfirlərin səs-küylü QƏTLLƏRİ

Səfirlərin səs-küylü QƏTLLƏRİ

Dünya

20 Dekabr 2016, 10:36

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov ötən gün Ankaradakı fotosərgidə iştirtak edərkən sui-qəsd nəticəsində öldürülüb.


Modern.az saytı xəbər verir ki, bütün dünyanı şoka salan hadisə diplomatların təhlükəsizliyi ilə bağlı bəzi suallar ortaya qoyub.

 

Modern.az bundan əvvəl öldürülüən diplomatlar haqda məlumatları təqdim edir.      

 

2003-cü il martın 28-də Fil Dişi Sahilində Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri Məhəmməd Əhməd Rəşid öldürülüb.

 

2003-cü il dekabrın 29-da Burundi paytaxtı Bujumburanın 40 kilometrliyində Vatikan səfiri, milliyətcə irlandiyalı Maykl Kortni silahlı hücumla qətlə yetirilib.

 

2005-ci il iyulun 2-də Misirin İraqdakı səfiri İhab əş-Şərif Bağdaddakı evindən qaçırılmışdı. Ölkədəki radikal qruplaşmalardan biri hadisəyə görə məsuliyyəti öz üzərinə götürərək, diplomatı edam etdiklərini açıqlamışdı.

 

2005-ci il 27 iyulda Əlcəzairin İraqdakı səfiri Əli Belayrusi və attaşe İzəddin Belkadi Bağdadda oğurlanaraq edam olunub.

 

2008-ci il sentyabrın 20-də Pakistanın paytaxtı İslamabadda “Mariott” mehmanxanası partladılıb. Hadisə zamanı 53 nəfər, o cümlədən Çexiyanın bu ölkədəki səfiri İvo Jdyarek həlak olub.

 

2012-ci il iyulun 27-də Venesuelanın Keniyadakı səfiri xanım Olqa Fonseka evində öldürülüb.

 

Rusiya və SSRİ diplomatlarına edilən hücumlara gəldikdə isə ilk belə hadisə 1923-cü ildə baş verib. Həmin vaxt İsveçrənin Lozanna şəhərində SSRİ-nin bu ölkədəki səfiri Votslav Vorovski öldürülüb.

 

1926-cı il fevralın 5-də Moskva-Riqa qatarında SSRİ-nin Litvadakı səfiri Teodor Netten qətlə yetirilib.

 

1927-ci il 7 iyun tarixində isə SSRİ-nin Polşadakı səfiri Pyotr Voykov öldürülüb.

 

Vüqar İSMAYILOV     

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü