Modern.az

Dərsliklərlə bağlı Təhsil Nazirliyinə yeni səlahiyyət verilib - AÇIQLAMA

Dərsliklərlə bağlı Təhsil Nazirliyinə yeni səlahiyyət verilib - AÇIQLAMA

21 Dekabr 2016, 12:46

"Təhsil Nazirliyi bundan sonra dərslik müəllifləri ilə müqavilələr bağlamaq səlahiyyətinə malik olacaq".

 

Modern.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

 

Onun sözlərinə görə, Azərbaycan orta məktəb dərsliklərinin yazılması ilə bağlı Təhsil Nazirliyinə yeni səlahiyyətlər verilib: "Bu səlahiyyəti nazirliyə Nazirlər Kabineti verib.

 

Bundan başqa, dərsliklərin hazırlanması zamanı AMEA-ya bir sıra ixtisaslar üzrə məqsədli sorğular göndəriləcək".

Nazir qeyd edib ki, bununla da ehtiyat dərsliklərin hazırlanmasında elmi potensialdan istifadə ediləcək.

M.Cabbarovun sözlərinə görə, dərsliklər hazırlanan zaman elm və təhsilin birgə təklifləri nəzərə alınsa, nəticə daha məhsuldar olar.

 

“Ümumilikdə, təhsilin məzmununun təkmilləşdirilməsi qarşıda duran əsas məsələdir. Bu baxımdan dərsliklərin məzmunu daim Təhsil Nazirliyinin diqqət mərkəzindədir.

 

Bir çox hallarda dərsliklərin keyfiyyəti barədə irəli sürülən fikirlər haqlı olaraq işıqlandırılır və ictimai müzakirələrə səbəb olur. Təklif edərdim ki, nazirliyin müraciəti əsasında AMEA-nın alimləri də bu müzakirələrdə iştirak etsinlər və biz onları vaxtında, yəni dərslik çap olunmamışdan əvvəl nəzərə ala bilək”.

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü