19 fevral 2017, Bazar
Ana Səhifə - PARLAMENT - Seçicilərdən deputatlara gələn ŞİKAYƏTLƏR....
Seçicilərdən deputatlara gələn ŞİKAYƏTLƏR....
26.12.2016, 11:42

Bu gün cəmiyyət, daha doğrusu seçicilər onları ali qanunverici orqan olan Milli Məclisdə təmsil edən deputatlardan çox şey gözləyir.

Bəs seçicilər Millət vəkillərinə 2016-cı il ərzində daha çox hansı müraciətləri edirlər?

Məsələ ilə bağlı Modern.az saytı bir neçə deputatın fikirlərini öyrənib.

 

Deputat Aqil Abbas ona müraciətlərin çox olunmadığını bildirib.

 

“Mənim seçicilərimin çoxu Füzulidən olan məcburi köçkünlərdir. Əsasən isə Bakı şəhərində yaşayırlar. Onlar mənə daha çox yaşayış səviyyəsini yaxşılaşdırmaq, qaçqın və məcburi köçkünlər üçün tikilən binalardan ev almaq, uşaqlarının işlə təmin olunması və universitetdə oxuyan tələbələrin təhsil haqlarına görə müraciətlər edirlər. Bəzən isə yaşadıqları yataqxanalarda işığın, suyun və qazın kəsilməsi ilə bağlı da mənə şikayətlər edirlər. Mən bu müraciətlərə baxıb, onları bacardığım qədər həll edirəm. Mən deyərdim ki, ölkə əhalisi öz qürurlarını saxlamağı bacarırlar.  Yəni hər şeydən ötrü müraciət etməyi xoşlamırlar. Ancaq ümumi problemləri bildirirlər”.

 

Aqil Abbas bildirib ki, Ağcabədi rayonundan da ona çox az müraciətlər olur.

 

“Mən tez-tez kəndlərdə görüşlər keçirirəm. Onların problemləri ilə maraqlanıram. Ağcabədidə də daha çox ümumi problemlər barədə mənə müraciətlər olur. Daha çox qaz, su və işıqla bağlı. Onu da rayon icra hakimiyyətinin nümayəndələri ilə aradan qaldırırıq. Mənə təkcə Ağcabədi və Füzulidən deyil başqa rayonlardan da bu kimi müraciətlər olur”.

 

Astan Şahverdiyev isə ona ünvanlanan müraciətlərin hamısının məcburi köçkünlərlə bağlı olduğunu deyib.

 

“Əksəriyyət müraciətlər iş məsələsi və məişət problemləri ilə bağlıdır. Mən insanlarla Azərbaycan Texniki Universitetinin binasında görüşlər keçirirəm. Onların problemləri ilə yaxından maraqlanıram. Həmçinin mənə uşaqları universitetdə oxuyanlar da müraciət edir. Müraciət edənlərin əksəriyyətinin problemləri həll olunur. Heç kim qəbuldan kənarda və diqqətsiz qalmır. Mən insanların hissləri ilə yaşayıram. Onlarla formal görüş keçirmirəm. Bacardığım qədər müraciət edən şəxslərə kömək edirəm”.

 

Digər deputat Adil Əliyev seçicilərdən ona çox müraciətlərin olduğunu bildirdi.

 

“Daha çox mənə işıqla bağlı müraciətlər olunur. Həmin müraciətləri yerindəcə rayon rəhbərliyi ilə həll etmişik. Həmçinin pilot layihələrlə bağlı seçicilər müraciət ediblər. Çünki bunu anlamırdılar. Biz də onlara bu məsələləri dərindən  izah edirdik”.

 

Deputat Elman Məmmədov qeyd edib ki, onun seçicilərinin məcburi köçkünlərdir.

 

“Yəni ehtiyacı olan kateqoriyaya aid insanlardır. Təbii ki, bu insanların müxtəlif məsələlər üzrə müraciətləri çoxdur. Ancaq mən də o kateqoriyaya aid olan bir insan kimi deyə bilərəm ki, bizim bir arzumuz, müraciətimiz var. O, da torpaqlarımızın işğaldan azad olunması və bizim doğma yurd-yuvamıza qayıtmaq məsələsidir”.

 

Deputat həmçinin deyib ki, həyati məsələlərlə, gündəlik ehtiyaclarla bağlı seçicilərinin saysız-hesabsız müraciətləri var.

 

“Bunlar həm şifahi, həm yazılı qaydada, həm də görüşlər zamanı öz əksini tapır. Bunlar mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial problemlərin aradan qaldırılması, işsizliklə bağlı məsələlərdir. Bu kateqoriya insanların arasında zülmlə oxutduqları övladları var. Onlar ali təhsil alıblar. Daha çox həmin insanların işlə təmin olunması problemləri ortaya çıxır. Bu sahədə də problemlərimiz həddindən artıq çoxdur.  Elə insanlar var ki, 1993-cü ildən yataqxanada qalır. Bu gün həmin insanların övladları böyüyüb. 25-26 yaşları var. Ev probleminə görə onları evləndirə bilmirlər. Bu mənzil problemi həllə ehtiyacı olan məsələdir. Ancaq bütün bunların həll olunması üçün bir əsas şərt var. O da torpaqlarımızın işğal altından azad olunmasıdır”.

Elman Məmmədov ona edilmiş müraciətlərdən həllini tapanların da olduğunu qeyd edib.

 

“Çox sağ olsun prezidentin göstərişinə şərəflə  və ləyaqətlə yanaşan insanlar. Həmin məmurlar bizim telefon zənglərimizə, müraciətlərimizə, xahişlərimizə müsbət cavab verirlər. Bunun nəticəsində də mən seçicilərimin müraciətlərini daha rahat və tez həll edə bilirəm. Buna görə də həmin məmurlara minnətdarlığımı bildirirəm”.

 

Millət vəkili Zahid Oruc ona ünvanlanan müraciətlərin əksəriyyətinin böyük hissəsinin sosial problemlərlə əlaqədar olduğunu deyib.

 

“Həmçinin yol infrastrukturunun qaydaya salınması tələb olunur. Onunla paralel olaraq bölgələrdə iş yerlərinin yaradılması  üçün xüsusi istehsalat sahələrinin yaradılması arzulanır. Bununla bağlı hətta bir çox təkliflər irəli sürülür. Bildiyimiz kimi Bərdə reallıqda Azərbaycanın  giriş qapısıdır. O cəhətdən özü boyda səngərə çevrilib. Bəzən orada xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi ilə də bağlı  məsələlər qaldırılır. Bərdəyə daha çox hərbi qüvvələrin yeridilməsi , əhalinin orada öz güvəninin təmin edilməsi yönündə təşəbbüslər irəli sürülür”.

 

Deputat qeyd edib ki, əvvəlki illərədə aldıqları üç məktubdan ikisi ünvanlı sosial yardımlarla bağlı idi.

 

“Çox şükürlər olsun ki, Səlim Müslümov əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunandan sonra bu kimi müraciətlər qat-qat azalıb.  Bu sistemin avtomatlaşdırılması və insan amilindən kənarlaşdırılması bu problemlərin həllinə xeyli kömək oldu. Həmçinin aldığımız müraciətlərin içərisində Qarabağ müharibəsi əlillərinin aldığı təqaüdlərinin və ya müavinətlərinin azlığı, şəhid ailələrinə əlavə yardım imkanları, aztəminatlı insanlara kredit əlçatanlığı və s məsələlər var”.

 

Zahid Oruc deyib ki, müraciət edən şəxslərə söhbət edirəm, onların problemlərini dinləyir.

 

“Düşünürəm ki, bu dövr ərzində bu insanların haqlarının qorunmasında, hökumət strukturları ilə vətəndaşlarımız arasında bir elçi rolunda çıxış etməyə çalışırıq. Gələcək illərdə də insanlarımızın problemlərinin aradan qaldırılması istiqamətində bütün gücümüzü səfərbər edəcəyik”.

 

Mirmahmud KAZIMOĞLU

 

 

 

 

 

 

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
19.02.2017, 20:01

"Qarabağ" "Qəbələ"yə məğlub oldu - Yenilənib

19.02.2017, 19:41

Somalidə partlayış: 35 ölü

19.02.2017, 18:20

Cəlilabadda avtoqəza-2 nəfər öldü

19.02.2017, 18:12

Cocuq Mərcanlıya çəkilməsi planlaşdırılan yolda 120 qəlpə aşkarlanıb  

19.02.2017, 17:06

Ukraynanın şərqində vəziyyət yenidən gərginləşib.

19.02.2017, 16:58

Ramil Usubov Ukraynanın baş prokurorunu qəbul edib.

19.02.2017, 16:32

Yanvarda Azərbaycanda 164 min tonadək dizel yanacağı istehsal edilib

19.02.2017, 15:36

“Xocalıya ədalət” kampaniyasına dəstək məqsədilə silsilə tədbirlər keçiriləcək

19.02.2017, 14:57

"Türkiyə Dağlıq Qarabağda keçiriləcək "referendum"un nəticələrini əsla tanımayacaq"

19.02.2017, 13:52

"İran nüvə silahı istehsal etməyə hazırlaşmır"

19.02.2017, 13:10

İranda gərginlik: hökumət istifaya çağırıldı- FOTO, VİDEO

19.02.2017, 12:32

Xocalı sakini 1992-ci ilin 19 fevralından danışır: “Həyəcandan azad olunacağımız günü gözləyirdik”

19.02.2017, 12:04

Sabah hava necə olacaq?

19.02.2017, 12:01

ABŞ mətbuatında Ermənistanın işğalçı siyasətinə dair məqalə dərc olunub

19.02.2017, 11:10

Erməni silahlı qüvvələri atəşkəsi 37 dəfə pozub

19.02.2017, 10:29

Gəncədə çörək bişirmə sexində yanğın baş verib

19.02.2017, 09:38

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair irəliləyiş yoxdur"

19.02.2017, 01:43

Siyasətçilərin güclü görünmək üçün istifadə etdiyi gizli "silah" -  FOTO

19.02.2017, 01:09

Güclü külək Lerikdə bir sıra problemlər yaradıb

19.02.2017, 01:05

Bill Qeyts həyəcan təbili ÇALDI: “Yeni virus yaradırlar, 30 milyon insan ölə bilər”

19.02.2017, 00:41

Türkiyədə “Tarixin qara ləkəsi: Xocalı soyqırımı” adlı konfrans keçirilib - FOTOLAR

19.02.2017, 00:25

Astarada piyada vurulub

19.02.2017, 00:09

Çilidə 6,4 bal gücündə zəlzələ olub

19.02.2017, 00:04

"NATO məhv ola bilər" - Rasmussendən şok AÇIQLAMA

18.02.2017, 23:50

“Avrokuboklara vəsiqə qazanmaq şansımızı davam etdiririk"

18.02.2017, 23:32

Gəncədə yanan "Moskviç"in sürücüsü yaralanıb

18.02.2017, 23:17

"Əsas kriteriya yeni kadrların islahatlara meylli olmasıdır" - Deputat

18.02.2017, 23:02

İlham Əliyev Münhendə panel-müzakirədə iştirak edib

18.02.2017, 22:50

Polis generalı təqaüdə göndərilib

18.02.2017, 22:40

"Regional əməkdaşlıq Cənubi Qafqazda sabitliyin təməl daşlarından biridir"

18.02.2017, 22:26

"Rusiya prezidenti beynəlxalq hüququ pozub" - Pyotr Poroşenko

18.02.2017, 22:13

Dərman qiymətlərinin tənzimlənməsi qaydası dəyişdirilməyib - Tarif Şurası

18.02.2017, 22:01

Qadın ayrıldığı ərini hamamda saxlayır - VİDEO

18.02.2017, 21:48

Argentinanda 6,3 bal gücündə zəlzələ

18.02.2017, 21:34

Rusiya separatçı rejimlərin pasportlarını tanıdı

ARXİV