Modern.az

Azərbaycanda Yeni il qeyd edilir

Azərbaycanda Yeni il qeyd edilir

Aktual

1 Yanvar 2017, 00:15

Azərbaycanda Yeni il qeyd edilir. Modern.az saytı Trend-ə istinadən xəbər verir ki, yanvar ayı (latınca "Yanvarus") qədim Roma ilahəsi Yanusun şərəfinə adlandırılıb. Qriqori təqvimində ilin birinci ayıdır. Qriqori təqvimi 1582-ci ildə qəbul edilib.

Rusiyada I Pyotrun fərmanı ilə indiki Yuli təqviminə keçilib. Bu fərmana uyğun olaraq, yanvarın 1-i İsa Məsihin doğum günü - ilin başlanğıcı kimi qəbul edildi və XVIII əsr 1701-ci il yanvarın 1-dən başlandı.

 

Keçmiş Sovet İttifaqında bu təqvim 1918-ci ildə V.İ.Leninin fərmanı ilə rəsmiləşdirildi. Beləliklə, o vaxta qədər Yeni il hər ayın 13-dən başlayırdısa, bu fərq aradan götürüldü və Yeni il 1 yanvardan hesablanmağa başlandı. O vaxtdan Yeni il yanvarın 1-dən başlayır. 1 Yanvar həm də istirahət günü sayılır.

 

Azərbaycan müstəqil respublika olduqdan sonra da ölkəmizdə həmin təqvim əsas götürülüb və 1 yanvar istirahət günü kimi qeyd olunur.

 

2006-cı ildən isə 1-2 yanvar tarixləri bayram günləri sayılır və istirahət günü kimi qeyd edilir.

 

Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü