Modern.az

BMT-nin yeni baş katibinin mandatı qüvvəyə minib

BMT-nin yeni baş katibinin mandatı qüvvəyə minib

1 Yanvar 2017, 00:35

Birləşmiş Millətlər Təşkilatının (BMT) yeni baş katibi Antoniu Quterreşin mandatı qüvvəyə minib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Portuqaliyanın keçmiş baş naziri və BMT-nin qaçqınlar üzrə ali komissarı bu vəzifəyə keçən il oktyabrın 13-də seçilib və dekabrın 12-də and içib.

Qeyd edək ki, bu vəzifə uğrunda A.Quterreş müxtəlif ölkələrdən olan 9 rəqiblə mübarizə aparıb.

A.Quterreş fəaliyyətinin prioritetləri kimi Suriya və İraqdakı münaqişənin həllini, eləcə də təşkilatda islahatların aparılmasını göstərib.

BMT baş katibi vəzifəsində Antoniu Quterreş koreyalı diplomat Pan Gi Munu əvəz edəcək.

 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü