Modern.az

İstanbuldakı gecə klubunda qətliam törədən Yunanıstanda gizlənib - İDDİA

İstanbuldakı gecə klubunda qətliam törədən Yunanıstanda gizlənib - İDDİA

Dünya

5 Yanvar 2017, 11:27

İstanbuldakı “Reina” gecə klubunda terror aktını törədən şəxsin Yunanıstan adalarında gizləndiyi iddia edilib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçunun tutulması üçün geniş miqyaslı araşdırmalar davam edir.

Artıq Türkiyənin xüsusi xidmət orqanı olan Milli İstihbarat Təşkilatı da (MİT) axtarışlara qoşulub.

 

Məlumatda qeyd olunub ki, terror aktını törətdikdən sonra “Reina” əyləncə mərkəzini tərk edən şübhəli dəfələrlə taksi dəyişdirərək İstanbulun Zeytunburnu rayonuna gedib.

 

Daha sonra isə terrorçu daha 2 nəfərlə yanvarın birində səhər Bandırmaya gedən bərəyə miniblər. Terrorçuların Balıkəsirdən Yunanıstan adalarına qaçırıldığı bildirilir. Terrorçunun bəzi xüsusi xidmət orqanlarının yardımı ilə qaçdığı güman edilir.

 

Qeyd edək ki, İstanbuldakı “Reina” gecə klubunda terror aktı zamanı 39 nəfər ölüb, 69 nəfər yaralanıb.

 

Mirmahmud KAZIMOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü