Modern.az

Göyçay  sakini özünü güllələyib

Göyçay  sakini özünü güllələyib

14 Yanvar 2017, 22:08

Göyçay rayon sakini odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb. Modern.az saytı xəbər verir ki, APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qarabaqqal kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Zamanov Misirxan İsrayıl oğlu ov tüfəngi ilə ehtiyatsız davranıb və əlindəki silahdan açılan atəş nəticəsində özünü yaralayıb. Sol əlindən ağır xəsarət alan Misirxan Zamanov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, ilkin tibbi yardım göstəriləndən sonra müalicə üçün Bakı şəhərinə göndərilib.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü