Modern.az

Braziliyada həbsxanada qiyam:10 nəfər öldü

Braziliyada həbsxanada qiyam:10 nəfər öldü

15 Yanvar 2017, 11:13

Braziliyanın Riu-Qrandi-du-Sul ştatının Natal şəhərində yerləşən həbsxanada qiyam baş verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qiyam nəticəsində azı 10 nəfər ölüb.

Hüquq-mühafizə orqanların məlumatına görə, qiyam həbsxanada bir-biri ilə mübarizə aparan iki dəstə üzvlərinin toqquşması nəticəsində başlayıb.

 

Qeyd edək ki, yanvar ayının əvvəlindən Braziliyanın həbsxanalarında qiyam nəticəsində 100-dən artıq insan ölüb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü