Modern.az

Qırğızıstanda matəm elan olunub

Qırğızıstanda matəm elan olunub

Aktual

16 Yanvar 2017, 14:43

Bişkekdəki “Manas” Beynəlxalq Aeroportu yaxınlığında Türkiyənin AST şirkətinə məxsus “Boeing 747-400” yük təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Qırğızıstan Prezidenti Almazbek Atambayev yanvarın 17-ni ölkədə matəm günü elan edib.

Son məlumata görə, qəza nəticəsində 42 nəfər həlak olub, 15 nəfər müxtəlif dərəcədə xəsarətlərlə xəstəxanalara yerləşdirilib. Həlak olanların 37-si təyyarənin düşdüyü qəsəbənin sakinləridir.

Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov hadisə yerində olub, evlərini itirən sakinlərin müvəqqəti yerləşdirilməsi və onlara yeni evlərin tikilməsi ilə bağlı göstəriş verib.



Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü