Modern.az

Ermənistan Atom Elektrik Stansiyasında qəza baş verib

Ermənistan Atom Elektrik Stansiyasında qəza baş verib

Dünya

22 Yanvar 2017, 15:48

Yanvarın 21-də Ermənistandakı Atom Elektrik Stansiyasında qəza qeydə alınıb.

 

Modern.az-ın Ermənistan mediasına istinadən verdiyi xəbərə görə, baş nazirin müşaviri Şuşan Sardaryan deyib ki, yarımstansiya birinci enerji bloku tamamilə işıqsız qalıb.

 

Fövqəladə hadisəyə səbəb yüksək gərginlikli xətlərin şaxtalı havada donmasına görə sıradan çıxması olub. Nəticədə müdafiə sistemi işə düşərək atom elektrik stansiyasının blok transformatorunu söndürüb.

 

Digər məlumata görə, qəza səbəbindən Razdan istilik elektrik stansiyasının üçüncü enerji bloku da yüklənib. Axşam qəza aradan qaldırılıb.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü