Modern.az

"Azadlıq" qəzetinin rəhbəri ölkəni tərk edib

"Azadlıq" qəzetinin rəhbəri ölkəni tərk edib

Media

23 Yanvar 2017, 00:43

"Azadlıq" qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev Azərbaycanı birdəfəlik tərk edib. Modern.az saytı xəbər verir ki, “BakiPost.az”ın məlumatına görə, o, ailəsi ilə birlikdə Fransaya, rəhbərlik etdiyi qəzetin baş redaktoru Qənimət Zahidin yanına gedib. R.Hacıyevin yaxın günlərdə Hollandiyaya yollanacağı və orada qaçqın statusu almaq üçün müraciət edəcəyi bildirilir.

 

Rahim Hacıyev Qənimət Zahid Fransaya köçəndən sonra "Azadlıq" qəzetinə faktiki rəhbərlik edirdi. O, son vaxtlar bir neçə dəfə qəzetin həbsdə olan yayım direktoru Faiq Əmirlinin işi ilə bağlı istintaqda dindirilib.

 

Qeyd edək ki, "Azadlıq" qəzetinin çapı 2016-cı ilin noyabrından dayandırılıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü