Modern.az

Qırmızı Xaç Komitəsindən meyiti ermənilərdə qalan əsgərimiz haqda yeni AÇIQLAMA

Qırmızı Xaç Komitəsindən meyiti ermənilərdə qalan əsgərimiz haqda yeni AÇIQLAMA

23 Yanvar 2017, 12:21

Azərbaycanlı əsgərin meyitinin qaytarılması ilə bağlı danışıqlar davam etdirilir.

 

Bunu Modern.az-a Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib.

İ.Hüseynova qeyd edib ki, tərəflər razılaşacağı təqdirdə Beynəlxalq Qırmızı Xaç Komitəsi öz neytral vasitəçi rolunu həyata keçirməyə hazırdır.

 

2016-cı il dekabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu iləAzərbaycan-Ermənistan dövlət sərhədində baş verən döyüşdə həlak olan əsgərimiz  Qurbanov Çingiz Salman oğlunun meyitinin geri qaytarılması ilə bağlı Müdafiə Nazirliyi tərəfindən BQXK-nin Azərbaycan nümayəndəliyinə, ATƏT-in Minsk Qrupuna, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə rəsmi qaydada müraciət edilib.

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü