İraq-Şam İslam Dövləti (İŞİD) beynəlxalüq terror qruplaşmasının lideri Əbu Bəkr əl-Baqdadi ağır yaralanıb və kritik vəziyyətdədir. Modern.az saytı xəbər verir ki, bu iddia ilə Britaniya KİV-ləri çıxış ediblər.
“Mirror” qəzetinin yazdığına görə, bu informasiyanı ABŞ-ın rəhbərlik etdiyi terror əleyhinə beynəlxalq koalisya hələ ki şərh etmir.
Ancaq jurnalistlərin əldə etdiyi məlumata görə, əl-Baqdadi koalisya qüvvələrinin İraqın şimalındakı Əl-Baac şəhərinə endirdiyi hava zərbələri zamanı yaralanıb.
Pentaqonun keçmiş rəhbəri Eşton Karter əvvəllər bəyan edirdi ki, əl-Baqdadi tez-tez yerini koalisiyanın harada olduğunu müəyyənləşdirə bilməməsi üçün tez-tez dəyişdirir.
ABŞ hakimiyyəti İŞİD liderinin həbsi ilə nəticələnək informasiya verənə 25 milyon dollar təklif edir.
Modern.az