Modern.az

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

23 Yanvar 2017, 23:15

Azərbaycan 2016-cı ilin yanvar-noyabr aylarında Türkiyəyə 5,89 milyard kubmetr qaz tədarük edib. 2015-ci ilin analoji dövründə bu göstərici 5,57 milyard kubmetr olub. Modern.az saytı xəbər verir ki, Trend-in məlumatına görə, bu barədə Türkiyənin Enerji bazarının nizamlanması idarəsinin saytında dərc olunan hesabatda deyilir.

 

Hesabata əsasən, Türkiyə ötən ilin yanvar-noyabrında 40,78 milyard kubmetr qaz idxal edib. Azərbaycanın bu dövrdə Türkiyənin ümumi idxalında payı 14,43 faiz təşkil edib.

 

Qeyd edək ki, Türkiyə Azərbaycandan qazı Cənub Qafqaz boru kəməri (Bakı-Tbilisi-Ərzurum) vasitəsilə idxal edir.

 

Modern.az



Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır