Modern.az

“Formula-1”in icraçı direktoru istefa verib

“Formula-1”in icraçı direktoru istefa verib

23 Yanvar 2017, 23:36

“Formula-1” avtomobil yarışlarının  icraçı direktoru Berni Ekklstoun istefaya göndərilib. Modern.az saytı xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə jurnalistlərə B. Ekklstoun özü məlumat verib.

 

“Bu gündən mən “Formula-1”ə rəhbərlik etmirəm. Məni Çeyz Keri əvəzləyib. Məni istefaya göndərdilər. Mən sadəcə gedirəm. Bu rəsmidir. Düzdür, mənə fəxri prezident postu təklif edilib. Amma mən bunu başa düşə bilmirəm”, deyə B.Ekklstoun qeyd edib.

 

Qeyd edək ki, ötən il “Formula-1” ABŞ-ın “Liberty Media” şirkəti tərəfindən 4,4 milyard dollara satın alınıb. Buna baxmayaraq, B.Ekklstounun azı 3 il ərzində postunu saxlayacağı gözlənilirdi.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır