Modern.az

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə dəyişdirilir

“Hərbi xidmətkeçmə haqqında” Əsasnamə dəyişdirilir

Aktual

24 Yanvar 2017, 09:48

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaradılması ilə əlaqədar mövcud qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə dəyişiklik ediləcək.

Modern.az-ın məlumatına görə, bununla əlaqədar “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə yeni bəndlərin əlavə edilməsi təklif olunur.

Əsasnamənin 46-cı maddəsinə görə, bərabər hərbi rütbəyə yenidən attestasiya edilmiş hərbi qulluqçulara hərbi rütbədə olma müddəti onun yeni attestasiyaya qədər olduğu hərbi rütbənin verilməsi haqqında əmr imzalandığı gündən hesablanır.

Dəyişiklik layihəsinə əsasən, zabit heyəti vəzifələrini tutmaq üçün dövlət orqanlarında qulluq keçən şəxsləri həqiqi hərbi xidmətə qəbul edərkən onlara yenidən attestasiya edilmə qaydasında onlara zabit heyəti rütbəsi verilir.

Belə ki,  tutduğu vəzifə və rütbəsi nəzərə alınmaqla təyin olunacaqları vəzifə üzrə nəzərdə tutulmuş hərbi rütbədən yuxarı olmayan Silahlı Qüvvələrin zabit heyəti rütbəsi verilir.

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü