Modern.az

Azərbaycanda 33 min işsiz var – RƏSMİ

Azərbaycanda 33 min işsiz var – RƏSMİ

Aktual

24 Yanvar 2017, 10:05

Bu ilin yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən Azərbaycan üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı açıqlanıb.

Bu  barədə Dövlət Statistika Komitəsindən Modern.az-a məlumat verilib.

Hesabata əsasən, ölkədə rəsmi işsiz statusu verilən şəxslərin sayı 33,0 min nəfər olub, onların 38,1 faizini qadınlar təşkil edib. İşsiz statusu alan şəxslərdən 14 812 nəfəri məhz Bakıda yaşayanların payına düşüb.

İşsizliyə görə müavinətin orta məbləği 257,0 manat olub.

 

Mirmahmud KAZIMOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü