Modern.az

Sosial şəbəkələri və bloqqerliyi tənzimləyən qanunda nələr yazılacaq?..

Sosial şəbəkələri və bloqqerliyi tənzimləyən qanunda nələr yazılacaq?..

24 Yanvar 2017, 15:45

Milli Məclisin İnsan Hüquqları Komitəsinin 19 yanvar tarixli iclasında Mətbuat Şurasının sədri  Əflatun Amaşov Azərbaycanda sosial şəbəkələri və bloqqer fəaliyyətini tənzimləyən qanun layihəsinin hazırlanması təklifi ilə çıxış edib.

Yeni qanun layihəsinin əhəmiyyəti nədən ibarətdir? Hansı ölkələrin təcrübəsi əsasında hazırlanacaq?


Məsələ ilə bağlı Milli Məclisin deputatı, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu Modern.az-a açıqlama verib.

Deputat Azərbaycanda belə təşəbbüslərin ictimai münasibətlərin tənzimlənməsinə və yaranmasına xidmət edəcəyini deyib.

“Hər bir cəmiyyətdə real ictimai münasibətlər yaranırsa, mütləq onun hüquqi tənzimlənməsi də aktuallaşır. Bu gün təkcə Azərbaycanda yox, bütün informasiya cəmiyyətlərində sosial şəbəkələrdəki əlaqələr ictimai münasibətlərin keyfiyyətini müəyyənləşdirən əsas faktorlardan birinə çevrilib. Ona görə də burada ictimai münasibətlər varsa, onun tənzimlənməsi də lazımdır. Şübbəsiz ki, ayrı-ayrı şəxslərin fərdi fəaliyyətlərinin nizamlanmasından söhbət getmir. Sadəcə,  ictimai əhəmiyyətli olan məsələlərin hüquqi nizamlanmasından söhbət gedir. Hazırda bir çox ölkələrdə bununla bağlı müəyyən qanunvericilik var. Amma bu pərakəndə şəkildədir. Düşünürəm ki, bu qanunvericiliyin kompleks şəkildə hazırlanması üçün axtarışlar gedir”.

 

Deputat bildirib ki, bu sahədə qanunvericilik bazası baxımından dünyada çox az praktika var.

“Konkret təcrübə də çox azdır. Belə qanunu olan ölkələrdə də o kompleks xarakter daşımır. Ona görə də elə bir konkret ölkə yoxdur ki, onun təcrübəsindən yararlanaq. Hər halda axtarmaq lazımdır”.

 

Mirmahmud KAZIMOĞLU

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...