Modern.az

DYP sürücünün yol polisinə niyə yalvardığını araşdıracaq - VİDEO

DYP sürücünün yol polisinə niyə yalvardığını araşdıracaq - VİDEO

24 Yanvar 2017, 15:48

Sosial şəbəkələrdə sürücünün yol polisinə yalvarmasını özündə əks etdirən görüntülərlə bağlı Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırmalara başlanılıb.

Bu barədə "Report"a BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirib ki, 99 YP 965 dövlət nömrə nişanlı DYP avtomobilini idarə edən və görüntüləri lentə alması ehtimal edilən Elvin Mövlanov Sabirabad rayonu ərazisində xidmət aparır:

"Sosial şəbəkələrdə yayılan həmin video ekspertizadan keçiriləcək. Araşdırmalardan sonra Elvin Mövlanov barəsində ciddi intizam tənbehi görüləcək".

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...